Əsas Səhifə > Dünya > YENİ HÖKUMƏT QƏDDAFİNİN PULLARINI XƏRCLƏYİR

YENİ HÖKUMƏT QƏDDAFİNİN PULLARINI XƏRCLƏYİR


11-12-2011, 12:50
YENİ HÖKUMƏT QƏDDAFİNİN PULLARINI XƏRCLƏYİR

ARTIQ BU BARƏDƏ BMT-YƏ MÜRACİƏT EDİLİB

Liviyanın keçid hökuməti 150 milyard dollar dəyərində dondurulmuş vəsaitləri aktivləşdirmək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Xəbəri Reuters yayıb.

Müəmmər Qəddafinin devrilməsindən üç ay keçsə də, vəsaitlər hələ də dondurulmuş qalır.
Bu vəsaitlər Liviyada etiraz aksiyaları başladıqdan sonra Qəddafiyə və onun tərəfdarlarına təziq göstərmək məqsədilə BMT tərəfindən dondurulub.

İndi isə yeni hökumətə büdcə təşkilatlarında çalışan işçilərin əmək haqqını ödəmək və dövlət təşkilatlarının fəaliyyətini bərpa etmək üçün maliyyə vəsaiti lazımdır.

Lakin BMT bu qədər vəsaiti yeni hökümətə etibar etməkdən ehtiyat edir. Hazırda 150 milyard dollardan 18 milyard dolları aktivləşdirilib. Lakin Liviyanın keçid höuməti bu məbləğdən yalnız 3 milyard dollar ala bilib.

BMT həmçinin bu vəsaitlərin Liviya hökümətində deyil, Qəddafinin ailəsinə məxsus olmasından ehtiyatlanır.


Geri qayıt