Əsas Səhifə > Hadisə > ŞƏHƏRİN MƏRKƏZİNDƏ “DƏM QAZI” AKSİYASI

ŞƏHƏRİN MƏRKƏZİNDƏ “DƏM QAZI” AKSİYASI


11-12-2011, 15:14
ŞƏHƏRİN MƏRKƏZİNDƏ “DƏM QAZI” AKSİYASI

“AKSİYA İLƏ DÖVLƏTİN DİQQƏTİNİ BU PROBLEMƏ YÖNƏLTMƏK İSTƏYİRİK"

Dekabrın 11-də Bakıda «Bizi dəm qazı ilə boğanlara etiraz» şüarı ilə aksiya keçirilib. «Dalğa» gənclər hərəkatının təşkil etdiyi aksiyada iştirakçılar tibbi maska geyinib və «Fəvvarələr» meydanından «Torqovı» kimi tanınan Nizami küçəsi ilə yürüş ediblər.

Hərəkatın fəalı Pərviz Əzimov AzadlıqRadiosuna bildirib ki, son vaxtlar dəm qazından ölənlərin sayı artıb: «Bunun bir səbəbi insanların təhlükəsizlik qaydalarına əməl etməməyidirsə, digər səbəbi də maye qazın keyfiyyətsiz olmasındadır. Biz bu aksiya ilə dövlətin diqqətini bu problemə yönəltmək istəyirik».

Aksiya iştirakçıları yürüş zamanı Bakı sakinlərinə də tibbi maskalar paylayıblar.

Ətrafda 10-dan çox polis əməkdaşı olsa da, aksiyaya müdaxilə olunmayıb.

Yerli mətbuatın məlumatına görə, son aylarda 10-dan çox adam dəm qazından boğulub.


Geri qayıt