Əsas Səhifə > Sosial, Manşet > LAÇIN SADIQZADƏ NİYƏ QURBAN VERİLDİ?
LAÇIN SADIQZADƏ NİYƏ QURBAN VERİLDİ?11-12-2011, 15:41 |
ƏHƏD ABIYEVİN HƏBS OLUNMUŞ QOHUMU BARƏDƏ ŞOK FAKTLAR DİA.AZ: - Dekabr ayının 9-u Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində rüşvət alarkən yaxalanan Masallı şəhər icra nümayəndəsi Laçın Sadıqov(Sadıqzadə) barəsində mətbuatın susması maraq doğurur. Bildirək ki, bu adamın hazırda Daşkəsən rayonuna rəhbərlik edən, keçmiş deputat Əhəd Abıyevin yaxın qohumu olduğu da bildirilir. İslamçılara qarşı ölkədə başlayan həbsləri dindarlar günahkarmış kimi işıqlandıran bəzi mətbuat orqanları nədənsə “Yuxarı”larda oturanların etdiklərini görməməzlikdən gəlir və ya hərəsinə bir don geyindirərək Azərbaycan xalqına yalan informasiya verirlər. Əlbəttə deyə bilərsiz ki, Laçın Sadıqzadə kimdir ki, onun həbsini işıqlandıraq. Amma söhbət Laçının kimliyindən deyil, onun bu vəzifəyə kimin tapşırığı ilə gətirilməsindən və Masallı rayonunda işlədiyi dövrdə yarıtmaz işləri ilə yadda qalmasından gedir. Masallı şəhərində yerləşən Çingiz Həşimova məxsus bazarın sahibkarın əlindən alınması, “Köhnə bazar” adlanan ərazidə gündəlik çörək pulu qazananlara məxsus yerlərin sökülməsi və təzədən satılması, Rayon ərazisində yüzlərlə dükanların sökülməməsi üçün pul yığımı və minlərlə rayon əhalisinin bildikləri neqativ işlər Laçın Sadıqzadənin tək başına görə biləcəyi işə bənzəmədiyini göstərir. Sökülən və ya qəsb edilən yerlərin sənədlərini əllərində gəzdirən, kömək üçün döydükləri qapı qalmayan və heç yerdən kömək görməyən onlarla Masallı sakini var. Buradan aydın olur ki, Laçın Sadıqzadənin Masallı əhalisinə qarşı “soyqırımının” arxasında “BÖYÜK” adamların olması heç bir şübhə doğurmur. Azərbaycanda tanınmış ruhanilərdən olan və ölkədə başlayan islamafobiyaya, xüsusən də Hicab Qadağasına etirazını bildirən Masallı rayon Xıl kənd sakini Hacı Fəramiz Abbasovun tutulması üçün canfəşanlıq edənlərdən biri də həmin bu Laçın Sadıqzadə olub. Laçın Sadıqzadə kimi “Yuxarılara” sadiq birisinin qurban verilməsi də şübhəli görünən məsələlərdəndir. Bunun arxasında isə hansı siyasətin dayanmasının yəqin ki, yaxınlarda şahidi olacayıq. Xatırladaq ki, Laçın Sadıqzadə Masallı rayon icra başçısı Qəzənfər Ağayevin sağ əli, Masallıda tanınmış iş adamı Abı Nadirovun yeznəsi( Abı Nadirov Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin qardaşı ilə qudadır), Prezidentin şəxsi mühafizəsində işləyən Rəşad adlı şəxsin bacısı oğludur. Laçın Sadıqzadəyə yaxın adamların dediyinə görə, Laçın anasını döyüb, söyüb, təhqir etməkdən belə çəkinmirmiş. P.S - Vallah “Yuxarı”ların bu fərasətinə adamın “paxıllığı” tutur. Görəsən bu cür səriştəli adamları haradan tapırlar? Geri qayıt |