Əsas Səhifə > Şou-biznes > VASİF MƏHƏRRƏMLİ ALİŞANI BƏYƏNMİR

VASİF MƏHƏRRƏMLİ ALİŞANI BƏYƏNMİR


11-12-2011, 16:45
VASİF MƏHƏRRƏMLİ ALİŞANI BƏYƏNMİR

“AMMA İNDİ ONUN NƏSƏ PROBLEMİ VAR”

"ATV-maqazin" verilişinin efirində müğənni Vasif Məhərrəmli türk həmkarı Alişanı tənqid edib.

Bildirilir ki, Vasif Məhərrəmli qonorarın azlığından danışıb:

"Alişan əsgərliyə gedənə qədər onun səsi mənim xoşuma gəlirdi. Amma indi onun nəsə problemi var. Biz onunla birlikdə tədbirlərin birində iştirak edirdik. Bunu da orada sezdim. Alişanı ona görə oraya dəvət etmişdilər ki, İbrahim Tatlısəs onda hələ xəstəxanada idi. Alişan heç oxuya da bilmirdi. Ancaq ona 30 min verdilər, mənə isə xeyli az".

Müğənni həmçinin Nadir Qafarzadənin də son vaxtlar dəyişdiyini qeyd edib:

"O, hər il dəyişir. 360 dərəcə dəyişib. Axı Nadir bir neçə plastik əməliyyat keçirib. O həmişə özünə diqqət edir. Elə mən də. Həmişə çalışıram, qəşəng görünüm".


Geri qayıt