Əsas Səhifə > Sosial, Manşet > ŞAMAIXDA YENİ NAZİRİN ADINDAN VƏZİFƏ ALVERİ

ŞAMAIXDA YENİ NAZİRİN ADINDAN VƏZİFƏ ALVERİ


20-05-2013, 10:05
ŞAMAIXDA YENİ NAZİRİN ADINDAN VƏZİFƏ ALVERİ
“KİMİN PULU ÇOXDUR YOX, KİMİN ADAMI GÜCLÜDÜR” DİLEMMASI İLƏ ÜZ-ÜZƏ

DİA.AZ: - Təhsil naziri cənab Mikayıl Cabbarova Şamaxı rayonunun ziyalıları və müəllimləri adından müraciət ünvanlanıb. DİA.AZ-ın elektron ünvanına Günay Musayeva adlı xanım tərəfindən DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Cənab nazir, yazıb sizə bildiririk ki, Asif Ağayev Şamaxıya başçı təyin olunan gündən rayonun təhsili demək olar ki, uçuruma doğru gedir. Başçı ilə yanaşı təhsilin məhv olmasında 1-ci müavini Qasım Qasımovunda böyük rolu vardır. Çünki bu işlərdə başçı müavininin məsləhətlərinə daha çox qulaq asır. May ayının 1-dən isə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsi boşaldıqdan sonra bu vəzifə uğrunda əsl mübarizə gedir.

İcra başçısı Asif Ağayev bu vəzifəni əməlli-başlı hərraca çıxarıb. Kim onun dediyi pulu (deyilənlərə görə bu məbləğ 100 min manatdır) verəcəksə, müdir də o olacaq. Açıq-aydında deyib ki, mən də pul verib gəlmişəm, ona görə də pulumu çıxartmalıyam. Eləcə də alınan pulun yarısın yeni təhsil nazirinə çatacağını bildirir. Müdir vəzifəsinə də bir neçə nəfərin adı hallanır ki, bunlardan ən “şanslılarının” adlarını qeyd edə bilərik.

Eminalıyev Eyvaz, Musayev Dəyanət, Qocayev Həsən, Nəsirov Fuad və Soltanov Ramiz. Bunlardan Eminalıyev Eyvaz Müəllimlər İnstutunun Şamaxı filialının müəllimidir və başcının 1-ci müavini Qasım Qasımovun yaxın qohumudur, məhz dəstəyi də ona Qasımov verir. Musayev Dəyanət isə Şamaxının deputatı Elxan Süleymanovun köməkçisi və Şamaxıdakı səlahiyyətli nümayəndəsidir. Eləcə də atası Şəhriyar qəsəbəsinin bələdiyyə sədridir. Qocayev Həsən isə Sosial Müadifə Fondunun Şamaxı Rayon Şöbəsinin sədridir. Onun da yuxarılarda adamı olduğu deyilir. Fuad Nəsirov isə hal-hazırda təhsil şöbəsinin müvəqqəti müdir əvəzi olan, inspektor Baba Nəsirovun oğludur. 67 yaşı olmasına baxmayaraq hələ də təhsil şöbəsində inspektor işləyən Baba Nəsirov kənd məktəbində direktor işləyən bu vəzifənin öhdəsindən layiqincə gələ bilməyən oğlunu indi də təhsil şöbəsinə müdir təyin etdirmək istəyir. Ona bu işdə icra hakimyyətindən dəstək olanlar vardır. Soltanov Ramiz isə Şamaxı Peşə liseyinin direktorudur. Bu şəxsin də hansısa nazirliydə güclü adamı var. Çünki bu şəxs iki il bundan əvvəl sabiq icra başçısı tərəfindən işdən azad edilsə də, bir müddət sonra naməlum səbəblərdən yenidən işinə qaytarılmışdı.

Hər bir namizədin arxasında adamı olduğu üçün görünür ki, puldan əlavə, kimin adamının güclü olması da yeni şöbə müdirinin müəyyənləşməsində rol oynayacaq. Amma ən çox şansı olan Musayev Dəyanətdir. Ona deputat Elxan Süleymanov şəxsən dəstək olur.

Xatırladaq ki, adları çəkilən bu şəxslərin heç birinin savadı və idarəçilik qabiliyyətləri təhslil sahəsinə rəhbərlik üçün yetərli deyil və adları korrupsiyada bir neçə dəfə hallanıb (hər halda bunu dövlətin müvafiq qurumlarının araşdırmasına ehtiyac var).

Şamaxı kimi ziyalılar məkanı olan bir rayonda təhsilə rəhbərlik edəcək şəxsin pul ilə təyin olunması və təhsil kimi bir vacib sahənin alver mənbəyinə çevrilməsi bizləri çox narahat edir. Biz cənab nazir Mikayıl Cabbarova bildirmək istəyirik ki, icra başçısı onun adından istifadə edib pul ilə təhsil şöbəsinə müdir təyin etmək istəyir.

Cənab nazir, Sizin cavan və savadlı bir insan olduğunuzu bilərək rayon təhsil şöbəsinədə sizin kimi bir şəxsin müdir təyin edilməyinə sərəncam verməyinizi çox istəyirik və xahiş edirik. İnanırıq ki, biz ziyalıların müraciətinə müsbət cavab verəcəksiniz və Şamaxının əvvəlki təhsilinin qaytarılmasına köməklik edəcəksiniz”.

Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt