Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 17 SAYLI KOLONDA İŞGƏNCƏ VAR
17 SAYLI KOLONDA İŞGƏNCƏ VAR20-05-2013, 10:08 |
4 AYI QALMIŞ MƏHBUS KÖMƏK İSTƏYİR 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkum Zamanov İlqar Qərib oğlu Milli Məclisin deputatı Mehriban Əliyevaya müraciət edib. “Media forum” saytına göndərdiyi müraciətdə məhkum yazır ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində 2010-cu il iyunun 17-dən cəza çəkib, sonra məntəqə tipli müəssisəyə köçürülüb, amma heç bir əsas olmadan geri qaytarılıb: “Guya dəfələrlə ərazidən kənara çıxmağımı əsas gətirdilər. Üç il altı aylıq cəza müddətimin bitməsinə dörd ay qalmasına baxmayaraq işim məhkəməyə təqdim olunmur. Müəssisədəki özbaşınalıq, rüşvət, işgəncə və digər qanun pozuntularını aradan qaldırmaq üçün aidiyyəti orqanlara, mətbuata dəfələrlə müraciət etdiyimə görə rəhbərlik mənə qarşı qərəzli mövqe tutaraq rejimimin dəyişilməsinə maneə törətməyə çalışır. Ağır xəstə olduğumu, ailə vəziyyətimin pis olduğunu (atam II qrup əlil, qardaşım epilepsiya xəstəsidir) nəzərə alaraq xahiş edirəm ki, bu çətin durumdan çıxmağım üçün mənə yardım edəsiniz”. Geri qayıt |