Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDƏ QARŞI, ƏSƏDDƏ TÜRKİYƏYƏ QARŞI

BƏŞƏR ƏSƏDƏ QARŞI, ƏSƏDDƏ TÜRKİYƏYƏ QARŞI


20-05-2013, 10:26
BƏŞƏR ƏSƏDƏ QARŞI, ƏSƏDDƏ TÜRKİYƏYƏ QARŞI
SURİYALI KİMLƏRİ İTTİHAM ETDİ?

FaktXəbər-in verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd Argentinanın rəsmi xəbər agentliyi olan "Telam" və "Clarin" qəzetinə müsahibə verib. 15 milyon suriyalının yaşadığı Latın Amerika ölkələriylə daima müsbət əlaqələr quran Suriya prezidenti, ölkəsində silahlı qarşıdurmaların başladığı 2011-ci ildən ilk dəfə Cənubi Amerika mediasının suallarını cavablandırıb.

Qeyd edək ki, Bəşşar Əsəd müsahbə zamanı Suriyada kimyəvi silahların mövcud olmasını inkar edib və Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının müxalifləri silahla təmin etdiyini vurğulayıb. "Kimyəvi silah istifadəsi ilə bağlı fərziyyələr ABŞ tərəfindən ortaya atılıb. İraqın işğalında istifadə olunan metod vasitəsiylə Suriyaya daxil olmaq istəyirlər. Bu gün beynəlxalq terrorçuları Qərblə yanaşı Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr silahlandırır və maliyyələşdirir. BMT-nin iki il ərzində Suriyada 70 min insanın həyatını itirməsi ilə bağlı hesabatı həqiqəti əks etdirmir. Öldürülənlərin əksəriyyəti Suriyaya xaricdən gətirilən muzdlu döyüşçülərdir. Bir çoxları isə itkin düşdüyü təqdirdə onları ölü kimi qələmə verirlər.",-deyə Suriya prezidenti əlavə edib.

Geri qayıt