Əsas Səhifə > Dünya > İRANDA NAMİZƏDLƏR ƏLƏNİR

İRANDA NAMİZƏDLƏR ƏLƏNİR


20-05-2013, 10:28
İRANDA NAMİZƏDLƏR ƏLƏNİR
ARTIQ 2 NƏFƏR İDDİASINDAN VAZ KEÇİB

İranda 11-ci prezident seçkilərinə namizədliklərini irəli sürən tanınmış şəxslərdən Davud Əhmədinejad və İran XİN-nin sabiq sözçüsü Ramin Mehmanpərəst namizədliyini geri götürüblər.

SalamNews-un “farsnews”a istinadla verdiyi xəbərə görə, D.Əhmədinejad İranın Nəzarət Şurasına məktub ünvanlayaraq namizədliyini Səid Cəlilinin lehinə geri götürdüyünü bildirib.

R.Mehmanpərəst isə bildirib ki, seçkilərə xeyli sayda və müxtəlif yönümlü şəxslər qatılıb və namizdlərin sayının azalması, seçkilərin aktiv keçirilməsi üçün namizdəliyini geri götürür.

Xatırladaq ki, İranın Nəzarət Şurası seçkilərə qatılmaq səlahiyyətlərinə malik olan namizədlərin adlarını sabah açıqlayacaq.

Geri qayıt