Əsas Səhifə > Siyasət > KƏMALƏDİN HEYDƏROV BENZİN BİZNESİNƏ GİRİŞİR
KƏMALƏDİN HEYDƏROV BENZİN BİZNESİNƏ GİRİŞİR14-09-2011, 11:39 |
«GİLAN» HOLDİNQİN «ZAPRAVKA»LARI AÇILACAQ DİA.AZ: - Bu gün Azərbaycanda ən aparıcı fiqurlardan biri kimi diqqətə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov əslində ölkəni idarə edən bir-iki simadan biridir desək, yanılmarıq. Məhz bu imkanları sayəsində «fövqəlnazir» hətta ölkə müstəvisində dəngələrə təsir göstərə biləcək bir qüdrətə malikdir. Xatırladaq ki, bir zamanlar belə bir imkanın müəyyən qismi hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevdə var idi. Ölkənin valyuta bazarına tam olaraq nəzarət edən Fərhad Əliyev özünün iqtisadi qüdrətindən yararlanaraq hətta Azərbaycan ərazisində bir günlük dollar böhranı yaratmağa da müvəffəq olmuşdu. Və bundan sonra iqtidar düşərgəsində arzuolunmaz şəxs elan edilən keçmiş nazirin yaşadığı aqibəti artıq hər kəs bilir. İndi isə bir neçə oliqarx-nazir Azərbaycanı sanki öz aralarında bölüşdürərək idarə etməkdədirlər. Ölkə iqtisadiyyatı da tam olaraq onların iradələrindən asılıdır. Bu gün onlar siyasətdə olduğu kimi, bazarlarda da məzənnəni müəyyən edirlər. «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) iqtisadi mənbələrdən daxil olan informasiyaya görə, günü gündən əlindəki iqtisadi gücü genişləndirən Kəmaləddin Heydərov indi də yanacaq biznesinə girişmək barədə düşünür. Bu barədə məlumatı verən mənbənin sözlərinə görə, yaxın günlərdə Kəmaləddin Heydərova məxsus olan «Gilan» Holdinqi yanacaq biznesində görə biləcəyik. Xatırladaq ki, Fərhad Əliyevin qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin həbsindən sonra ölkə ərazisində yanacaq biznesi demək olar ki, tam olaraq təmərküzləşib. Bu istiqamətə isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev nəzarət etməkdədir. Və əgər bu gün Kəmaləddin Heydərov yanacaq satışı biznesinə girişirsə, deməli, Rövnəq Abdullayevlə çəkişməyi də göz önünə gətirmiş deyil. Onu da xatırladaq ki, mediada bu iki oliqarx-məmurun münasibətlərinin gərgin olması ilə bağlı yetərincə informasiyalar verilib. Deməli, yanacaq biznesində maraqlı olan və artıq paytaxt Bakıda «Gilan» yanacaqdoldurma məntəqələrinin açılışı ilə bağlı planlar cızan FHN rəhbəri Rövnəq Abdullayev kimi əsas rəqibinə də tutarlı zərbə vurmaq niyyətindədir. Geri qayıt |