Əsas Səhifə > Siyasət, Manşet > HACI MƏMMƏDOV DANIŞA BİLƏR

HACI MƏMMƏDOV DANIŞA BİLƏR


24-09-2011, 11:25
HACI MƏMMƏDOV DANIŞA BİLƏR

MƏŞHUR QULDURBAŞINI MTN-DƏN ÇIXARMAQ İSTƏYİRLƏR

DİA.AZ:- Məlum olduğu kimi,neçə müddətdir ailəsi məşhur quldurbaşı Hacı Məmmədovla əlaqə saxlaya bilmir. Bu barədə mətbuata Hacı Məmmədovun anası Almas Məmmədova məlumat verib. Almas Məmmədovanın sözlərinə görə, əvvəllər oğlu ilə telefon vasitəsilə hal-əhval tuturdular, lakin son vaxtlar xəbər ala bilmirlər:

«Hacının səhhəti normal deyil. Şəkəri, qan təzyiqi, mədəaltı vəzisində problemlər var. Heç bir məlumat ala bilmirik».

Sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanıldığından ailə üzvləri ilə görüşməyə icazəsi yoxdur.

MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev AzadlıqRadiosuna bildirdi ki, Hacı Məmmədovun səhhəti normaldır:

«İstintaq Təcridxanasının təlimatına uyğun olaraq Hacı Məmmədov müəyyən edilmiş bütün hüquqlarından istifadə edə bilir. Vaxtı-vaxtında gəzintiyə çıxır. Səhhəti ilə bağlı da heç bir şikayəti yoxdur».

Bu arada “Dünya” İnformasiya Agentliyinə (dia-az.life) daxil olan məlumatda deyilir ki, artıq Hacı Məmmədovun MTN-nin istintaq təcridxanasından köçürülməsi ilə bağlı məsələ ölkə rəhbərliyinin də gündəmindədir.

Qeyri-rəsmi məlumatlara görə, Hacı Məmmədov əslində MTN-də girov kimi tutulur və əgər o, başqa bir təcridxanaya və yaxud da cəzaçəkmə müəssisəsinə köçürülərsə, bir çox məmurları ifşa edən faktları açıqlaya bilər. Buna görə də onu MTN-də saxlayırlar.

Amma buna baxmayaraq, son günlər artıq bir sıra qüvvələrin Hacı Məmmədovu MTN-dən çıxarma yönündə fəaliyyətə keçdiyi məlum olur: “Yəni kimlərsə Hacı Məmmədovun danışmasında maraqlıdır”.

Xatırladaq ki, Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs olunub.


Geri qayıt