Əsas Səhifə > Sosial, Manşet > «UNİBANK»DAN NARAZI VƏTƏNDAŞ AVROPAYA ÜZ TUTDU

«UNİBANK»DAN NARAZI VƏTƏNDAŞ AVROPAYA ÜZ TUTDU


20-05-2013, 16:46
«UNİBANK»DAN NARAZI VƏTƏNDAŞ AVROPAYA ÜZ TUTDU
DİA.AZ: - Bank sektorundakı biabırçı durum əslində özbaşınalığın təzahürü kimi qəbul olunmalıdır. Hər halda, bu gün ölkədəki bankları nəzarətdə saxlayan müvafiq dövlət qurumları, həmçinin Mərkəzi Bank belə sözügedən sektordakı «bespredel»də maraqlı görünürsə, bundan artıını gözləməyinə də dəyməz. Ən acınacaqlı vəziyyətin isə kreditlərlə bağlı yarandığı faktdır.

Yüksək faizlə kreditorlara pul təklif edən bankların aradakı müqaviləni yalnız öz maraqlarına uyğun şəkildə tərtib etmələri son nəticədə problemlərin yaranmasına gətirib çıxarır. Hər halda, dünyanın heç bir ölkəsində borc verən borclu üzərində bu qədər hökmranlıq etmir. Amma Azərbaycanda sanki bankirlər əlahiddə bir cameədirlər və onların naminə bu və ümumiyyətlə, bütün hakimiyyətlərin, ələlxüsus da dövlətin çiyinlərində dayandığı vətəndaşlar qurban edilməkdədir.

DİA.AZ-a daxil olan şikayət məktublarında da əsas narahatçılıq yaradan mövzu məhz banklardakı kredit fırıldaqlarıdır. Bu barədə redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Redaksiyamıza yazan Bakı sakini Zaur Zamanov bildirir ki, o, 2007-ci ildə «Unibank»da hazır kreditdə olan «Hyundai-Sonata» markalı maşını satın alıb:

«Maşının kreditinin cəmi 5 ayı ödənmişdi və 31 ayı qalmışdı. Mən də yaxşıdan-pisdən 26 ay ödəyə bildim və son aylarda problemim yarandı. Cəmi 5 aylıq borca görə, «Unibank» mənim maşınımı dəyər-dyməzinə satdı. 26 ay ərzində ödədiyim 8 min manatım və ilkin ödəniş kimi verdiyim 3500 manatım havaya uçdu. Maşının alqı satqısından mənə cəmi 1000 manat pul verdilər ki, bu da bankın rəsmən talançılığı idi».

Şikayətçi bildirir ki, bununla bağlı müxtəlif dövlət instansiyalarına və bankın rəhbərliyinə belə şikayətlərini ünvanlasa da, onun dərdini nəinki eşidən olmayıb, hətta bankın talançılığına rəsmən haqq da qazandırıblar: «Hər halda, bank artıq mənə verdiyi kredit pulunu çıxarmışdı. Son 5 ay onların faizi idi. Və bu pulun yubanmasına görə, mənə əlavə olaraq 3000 manatlıq faiz yazmaları ilə böyük cinayət törətsələr də, onların maraqları bizim qanunlarla daha üstün mövqedədir. Ona görə də «Unibank»ın özbaşınalığı ilə bağlı Azərbaycan dövlətinə etiraz olaraq öz məhkəmələrimizə yox, birbaşa olaraq Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etmişəm. Qoy, dövlətimizin başbilənləri görsünlər ki, vətəndaşların bu şəkildə əzilməsi onların pənah üçün yadlara üz tutması ilə nəticələnir».

Geri qayıt