Əsas Səhifə > Dünya > RUSİYA AZƏRBAYCANI QAZ YERİNƏ QOYUB
RUSİYA AZƏRBAYCANI QAZ YERİNƏ QOYUB12-12-2011, 11:28 |
ÖLKƏMİZDƏ RUSLAR DAHA BİR “ÖLÜM MAŞINI” İNŞA EDƏCƏK Rusiya Qəbələ ərazisində “Voronej-VP” yeni radiolokasiya stansiyasının tikintisini 2019-cu ildə başa çatdırmağı planlaşdırır. Bu stansiya hazırda Qəbələ ərazisində fəaliyyət göstərən “Daryal” tipli RLS-i əvəz edəcək. APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə “Akademik Minç adına Radiotexnika İnstitutu” Açıq Səhmdar Cəmiyyətin baş direktoru Vladimir Savçenko bildirib. “Söhbət metrlik diapazona malik zavodda yığılmış yüksək potensiallı stansiyadan gedir. Stansiyanın quraşdırılması 2017-2019-cu illərə planlaşdırılsa da, hər şey hörmətli qonşularımızın iradəsindən asılıdır. Yekun razılaşmalar siyasi səviyyədə möhkəmləndiriləcək”. Savçenko bildirib ki, “Daryal” stansiyasının sökülməsindən söhbət getmir, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir: “Yeni quraşdırılacaq stansiya Rusiyanın mülkiyyəti olacaq, bir daha xatırladıram bu, modul tipli stansiya olacaq. Yəni bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür”. Geri qayıt |