Əsas Səhifə > Güney Press, Araşdırma > NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...

NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...


21-05-2013, 08:57
NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...

Azərbaycanın bütün rayonlarının demək olar ki, mərkəzi hissəsi gözə gəlimlidir. Qonaqları qarşılamaq, istirahət etmək üçün bir neçə yerə də əl gəzdirirlər və bu olar əsl abadlıq. Ancaq bu sadaladıqlarımızı Goranboya aid etmək olmaz. Goranboyun mərkəzinə daxil olanda artıq burada həyatın bitdiyini görə bilərsən. Bu barədə az sonra...

İşsizlik, pay torpaqları

NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...

O biri bölgələrdə olduğu kimi Goranaboyda da iqtisadi-sosial vəziyyətin, insanların maddi rifahının yaxşılaşdırılmasına bir sıra əngəllər var. Bunu məmur özbaşınalıqlarından, məmur bürokratiyasından tutmuş başqa xoşa gəlməyən hallara qədər saymaq olar.
Sovetlər dövründə sözügedən ünvan pambıqçılıq, taxılçılıq, heyvandarlıq rayonu kimi tanınıb. Müstəqillik illərində aqrar sektorun burada da sıradan çıxıb. Bu gün insanlar pay torpaqlarında taxıl, yonca əkməklə, həm də həyətyanı təsərrüfat ilə iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa cəhd edirlər.
Rayonda su çatışmazlığı var. Kəndlərə su vaxtilə “Sərsəng” su anbarından gəlirdi. İndi isə vəziyyət əksinədir. Su çatşmazlığı insanların əlavə pul xərcləməsinə gətirib çıxarır. Artezian quyuları var ki, fasilələrlə işləyir.
Belə bir vəziyyətdə işsizlikdən də söz açmaq gülüncdür. Xüsusilə ucqar dağ kəndlərində də işsizlik yüksək səviyyədədir.
Rayonda mövcud problemlərdən biri də Qarabağ döyüşlərində iştirak edənlərə veteran vəsiqəsinin verilməməsidir. Müharibə başlayandan atəşkəs rejiminə qədər döyüşənlər olub. Onların bəziləri hətta yaralanıblar, əlil olublar, ancaq indiyə qədər veteran vəsiqələrini, status ala bilmirlər. Sakinlərin bildirdiyinə görə, ciblərində vəsiqə gəzdirənlərin əksəriyyəti müharibə üzü görməyənlərdir.

Tikinti işləri dayandırılıb

NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...

Rayonun bir neçə yolunu çıxmaq şərti ilə bütün yerləri bərbad vəziyyətdədir. Dağ kəndlərinə gedən yolları deməyə dəyməz. Heç olmasa çınqılla, daşla yolu düzəltmək olar. Elə yollar var ki, ora at-araba ilə getmək mükün deyil. Əgər bir kəndlə rayonun mərkəzinə taksi 8 manata gətirirsə, həmin kəndlə qonşuluqdakı kəndə 10 manata gedə bilməzsən.
Goranboyun mərkəzindən isə söz açmağa dəyməz. İlk baxışdan ciddi şəkildə tikinti-quruculuq işlərinin getdiyinin zənn edirsən. Ancaq mərkəzdə bir az var-gəl edəndən sonra hər şeyin əksinə olduğunu anlayırsan. İstər Heydər Əliyev adına muzeyi, istər 1941-45-ci illərdə həlak olanların abidəsi, istərsə də başqa tikinti işlərin aparılması sadəcə görüntüdür. Rayon sakinləriylə söhbət zamanı bəlli oldu ki, burada aparılan quruculuq işləri aylardır ki, davam edir.
“Neçə aydır toz-tozanmaq rayonun mərkəzini bürüyüb. Guya tikinti işləri gedir, ancaq faktiki olaraq hər şey dayanıb. Bir ildən çoxdur ki, Heydər Əliyev mərkəzini tikirlər. Gəl ki, ortalıqda heç nə yoxdur”, - deyə rayon sakini bildirir.
Biz Heydər Əliyev muzeyinə də, 1941-45-ci illərdə həlak olanlar üçün tikilən abidəyə də baş çəkdik. Hər iki sözügedən ünvanda iş dayanmışdı. Heç nə etmirdilər. Fəhlə belə tapa bilmədik ki, onunla söhbət edək. Məlumat üçün onu da bildirək ki, 2012-ci il mart ayında Prezidentin ehiyat fondundan Goranboy rayonuna 2 milyion manat vəsait ayrılıb. Əgər bu pul rayona sərf olunsaydı rayonda hansısa işlər gedərdi. Ya bu pul icra başçısı Nizaməddin Quliyevin yaxın ətrafına dediyi kimi ayrılan pullar “yuxarıdan” ona gəlib catmayıb ya dakı bəzi mətbuat orqanlarında verildiyi xəbərlərdə ki, kimi icra başçısı ayrılan pulları oğlu Ramal Quliyevin işlərini ört-basdır etmək üçün xərcləyib?

NİZAMƏDDİN QULİYEVİN DAĞILAN GORANBOYU...

Halbuki, ötən ilin iyun ayında dövlət büdcəsindən yolların təmiriylə bağlı 4 milyon 600 min manat rayon icra hakimiyyətinə ayrılıb. Ancaq bu pullun hara xərclədiyi məlum deyil. Əgər yollara xərclənsəydi, ortalıqda olardı. Məhşur lətifədə deyildiyi kimi: Ətdirsə pişik hanı, pişikdirsə ət hanı?
Bütün bu olanlarla yanaşı mərkəzi yolların asfaltı da qazılıb. Azca yağış yağan kimi hər yeri su basır. Nəticədə yollarda nohurlar əmələr gəlir.
Elə biz səfərdə olduğumuz gün yağan aramsız yağış Kürəkçay, Qazançı, Goranlı, Gülməmmədli, Qırıxlı, Qarapirimli, Həmənli kəndlərində həyat iflic oldu. Günün ikinci yarısından etibarən sözügedən ünvanlarda elektrik enerjisi dayandırıldı. Bir sözlə bu rayona Tanrının unutduğu rayon demək yerinə düşər.

Geri qayıt