Əsas Səhifə > Gündəm, Manşet > YƏHUDİ İŞİ ADAML İLƏ BAĞLI ŞOK FAKT

YƏHUDİ İŞİ ADAML İLƏ BAĞLI ŞOK FAKT


12-12-2011, 11:42
YƏHUDİ İŞİ ADAML İLƏ BAĞLI ŞOK FAKT

İLİYEV QARDAŞLARININ YÜKSƏLİŞ YOLU

DİA.AZ: - Ötən günlərdə Azərbaycanda böyük biznes fəaliyyəti ilə məşğul olan yəhudi əsilli iş adamı Yaruxom İliyevin biznesinin çökdürülməsi ilə bağlı material təqdim etmişdik. Onu da bildirmişdik ki, İliyevlərin biznesinin çökdürülməsi rəsmi Bakı ilə Tehran arasındakı son ünsiyyətdən sonra ortaya çıxıb.

İliyevlərlə bağlı siyasi insidentin yaranması birinci dəfə deyil. Bundan əvvəl onların biznesinin Bakıdan çıxarılmasını Rusiyanın Baş Naziri Vladimir Putin istəmişdi. Putinin İliyevlərə qarşı qəzəbi də səbəbsiz deyildi. Yaruxom İliyevin qardaşı Zarah İliyev Moskvanın keçmiş meri və hazırda rusiya hakimiyyətinin qara siyahısında yer alan Yuri Lujkovun bacanağıdır və onun Moskvada böyük biznesi də var. Bakıdakı böyük biznesini də məhz Lujkovun lobbiçiliyi ilə yarada bilib. Yuri Lujkovun iqtisadi imperiyasını çökdürməyə maraqlı olan Putin gələcəkdə Lujkovun əlində olan maliyyə mənbələrinin ona əngəl ola biləcəyini düşünür. Elə buna görə də ikinci dəfə Rusiya prezidentliyinə hazırlaşan Putin rəsmi Bakıdan Lujkovun bacanağının Bakıdan çıxarılmasını istəmişdi.

Kremlin qeyri-rəsmi birinci şəxsinin göstərişinə baxmayaraq İliyev qardaşları o zaman özlərinin Bakıdakı biznesini qoruya bilmişdilər. Amma səbəb rəsmi Bakının onlara humanizmi yox qardaşların Putin komandası ilə dil tapması olmuşdu. Qubanın Qırmızı qəsəbəsində doğulan İliyev qardaşlarının məşhur iş adamları Araz Ağalarov, Telman İsmayılov, Qod Nisanov, İsgəndər Xəlilov kimi məşhur şəxslərlə isti münasibətləri və biznes ortaqlıqları olub. Amma Putinin qəzəbindən yayınmaq üçün qardaşlar ortaqlarından birini qurban veriblər.

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun sıradan çıxarılması üçün rusiyada başlayan kampaniyada onun ortağının da adı çəklir. «Sobesednik» qəzetinin yazdığına görə, T.İsmayılovun «vurulmasında» onun çoxdankı ortağı, bakılı dağ yəhudisi Zarah İliyev də maraqlı ola bilər. Belə ki, bir müddət əvvəl T.İsmayılov Z.İliyevlə ortaqlığı barədə soruşanlara «mənim ortağım yoxdur» deyib. Baxmayaraq ki, Moskvadakı qalmaqallı Çerkizovsk bazarı da daxil olmaqla AST şirkətlər qrupunda Z.İliyevin də payı olub. Belə məlumatlar var ki, T.İsmayılovla Z.İliyev hələ bir neçə il əvvəl yollarını ayırıblar. Z.İliyev indiki baş nazir Vladimir Putinin yaxın çevrəsi ilə işləməyə başlayıb. T.İsmayılovun isə Federal Təhlükəsizlik Xidmətində, Daxili İşlər Nazirliyində güclü dostları olub.

İndi isə baş verənlər onu göstərir ki, yəhudi əsilli iş adamları Bakıdakı obyektlərini xilas edə bilməyəcəklər. Bildirilir ki, «Gön-Dəri» ASC İliyev qardaşlarının öz adına yox, İsakov Zaxar İfraimoviç adlı şəxsin adına rəsmləşdirilib, sənədlərdə bu müəssisəyə onun rəhbərlik etdiyi bildirilir. Amma «Gön-Dəri» zavodunda çalışan hər kəs bilir ki, onların patronu hər kəsin «Yura» çağırdığı Yaruxom İliyevdir.

İliyevlərin «Gön-Dəri» zavodu dünyanın bir çox yerlərində tanınınır və hətta «Forbes» jurnalı İliyev qardaşlarının sərvətləri barədə apardığı araşdırmada Bakıda metronun «Əzizbəyov» stansiyasının yaxınlığında Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsi 2-də yerləşən «Gön-Dəri» ASC-nin Y. İliyevə məxsus olduğunu yazıb.

Mənbə İliyev qardaşları haqqında bir sıra başqa maraqlı məlumatlar versələr də, həmin məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün hələlik dərs etmirik.


Geri qayıt