Əsas Səhifə > Sosial, Manşet > KEŞMİŞ NAZİRƏ DAHA BİR ZƏRBƏ
KEŞMİŞ NAZİRƏ DAHA BİR ZƏRBƏ12-12-2011, 11:48 |
HEYDƏR BABAYEVİN BANK SEKTORUNDA GƏLİRLƏRİ AZALIB DİA.AZ: - Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da uğursuzluqlar ondan əl çəkmir. Sabiq nazirə məxsus daha bir obyekt ətrafında (söhbət Babayevin oğlunun nəzarət etdiyi Access Bankdan gedir) maraqlı proseslərin cərəyan etdiyi ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Access Bank birinci bir ilin yekunlarına görə vergilər ödənildikdən sonra 4,8 milyon manat xalis gəlir əldə edib. Bu da ötən il qeydə alınmış göstəricidən 3,6 dəfə azdır. Gəlirlər 8,8 faiz azalaraq, 36,17 milyon manata bərabər olub. Xərclər 5,1 faiz artaraq, 33,77 milyon manat olub. Bu ilin birinci yarısında aktivlər 9,7 faiz artaraq, 571,95 milyon manata çatıb. Hesabat dövrü ərzində kreditləşmə 1 faiz artaraq, 374,12 milyon manat təşkil edib. Bankın ümumi öhdəlikləri 436,49 milyon manatdan 485,49 milyon manatadək artıb. Depozit portfeli 39,6 faiz genişlənərək, 234,18 milyon manat təşkil edib. O cümlədən, müddətli depozitlər 55,7 faiz artaraq, 196,79 milyon manat təşkil edib. Balans kapitalı 86,46 milyon manata çatıb, birgə kapital isə 73,57 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 16,1 faiz artaraq, 75 milyon manat təşkil edib. Göründüyü kimi, əsas rəqəmlər Access Bankda ilin ilk yarısının nəticələrinin heç də ürəkaçan olmadığını göstərir. Xüsusilə xərclərin artdığı bir vaxtda gəlirlərin kəskin şəkildə azalması Heydər Babayevin daha bir əsas biznes strukturunda ciddi problemlərin ortaya çıxdığını söyləməyə əsas verir. Sabiq nazirin biznesi ətrafında xoşagəlməz proseslərin qarşısını necə alacağı, ümumiyyətlə, ala biləcəyi isə maraq doğurur. Geri qayıt |