Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NONSENS: İCRA BAŞÇISINDAN BMT-YƏ ŞİKAYƏT

NONSENS: İCRA BAŞÇISINDAN BMT-YƏ ŞİKAYƏT


21-05-2013, 11:34
NONSENS: İCRA BAŞÇISINDAN BMT-YƏ ŞİKAYƏT
MUXTAROVUN "ŞÖHRƏTİ" DÜNYAYA YAYILIR

Son zamanlar İcra başçılarının rayonlarda iş adamlarına müxtəlif iş gördürüb onların pullarını verməmələri haqqında məlumatlar ölkə mətbuatından əskik olmur. Hazırda Goranboyun icra başçısından gördüyü işə görə pulunu ala bilməyən iş adamı Müqayis Verdiyev həbsxanada yatmaqdadır. Ölkəmizdə iş quran bir Əfqanıstan vətəndaşı isə Hacıqabul icra başçısı Əhməd Muxtarovdan BMT-yə şikayət edib.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Əfqanıstan vətəndaşı Məhəmməd Amin Canəli ölkəmizdə mərmər qranti biznesiilə məşcul olur. Bundan başqa Əfqanıstanlı iş adamı bina və tikililərin üzlük jaşlarla üzlənməsi üçün sifarişlər alır və icra edir. Bir müddət əvvəl hazırda Gəncə müvəqqəti saxlanma təcridxanasında olan iş adamı Müqayis Verdiyev Məhəmməd Amin Canəlini Hacıqabulun icra başçısı Əhməd Muxtarovla tanış edib. Əhməd Muxtarov isə öz növbəsində Əfqanıstanlı iş adamına icra hakimiyyətinin binasını və binanın qarşısındakı meydançanı aqlay, qranit və digər üzlük daşlarla üzlənməsini sifariş edib.

Məlumatda bildirilir ki, icra başçısının sifarişi 11 min manat olaraq dəyərləndirilib və bundan sonra iş icra olunub və bütün tikinti materialları Məhəmməd Aminin vəsaiti ilə alınıb. Əhməd Muxtarov bir dəfə Məhəmməd Aminə 6 min manat verib. İşə başlamamışdan əvvəl isə Əfqanıstanlı iş adamı icra başçısından min manat beh alıb. İş bitdikdən sonra Məhəmməd Amin Əhməd Muxtarovdan qalan 4 min manatı ala bilməyib. İşin bitməsindən 2 ay ötməsinə baxmayaraq Əhməd Muxtarov Əfqanıstan vətəndaşının pulunu verməkdən imtina edir. Ölkə məhkəmələrinə inanmayan Məhəmməd Amin isə məsələ ilə bağlı BMT-yə müraciət edib və icra başçısı tərəfindən aldadıldığını və hüquqlarının pozulduğunu bildirib.

Hesab etmək olar ki, Hacıqabul icra başçısı Əhməd Muxtarov Azərbaycandakı korrupsiyanı BMT səviyəsinə çıxaran ilk məmurdur və ola bilsin ki, bu məsələ yaxın zamanlarda beynəlxalq mətbuatda Azərbaycana qarşı yeni qalmaqala səbəb olsun.

Qeyd edək ki, Hacıqabul icra başçısı Əhməd Muxtarov mətbuatda çox az görünsə də, hər dəfə böyük qalmaqallarla mətbuatın gündəminə gəlir. 2010-cu ildə icra başçısı öz iş yerindən qara maskalılar tərəfindən aparılması ilə gündəmə gəldi və iddia olundu ki, icra başçısı 1 milyon manat vəsaiti mənimsədiyinə görə qara maskalılar tərəfindən həbs olunub. Sonradan bu məsələninin üstü ört-basdır edildi. Bundan sonra Hacıqabul icra başçısı Əhməd Muxtarovun vəzifədən alınması ilə bağlı şayilər yayılsa da, bu baş vermədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt