Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT YENİ KADR ƏLƏMƏSİNƏ START VERİR
HAKİMİYYƏT YENİ KADR ƏLƏMƏSİNƏ START VERİR21-05-2013, 12:15 |
RAMİZ MEHDİYEVİN KADRLARI İŞDƏN ALINIR: «VURULACAQLAR» BƏLLİDİR DİA.AZ: - «İqtidar daxilində balans dəyişə bilər». Bu şok açıqlamanı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə verib. Qaynağın bildirdiklərindən belə aydın olur ki, çoxdandır gözlənilən, anons edilən iqtidariçi kadr islahatlarının start düyməsi yaxın günlərdə basılacaq. Mənbənin söylədikləri: «Balans dəyişikliyi zəruridir. Çünki adları «qara siyahı»ya düşənlərin demək olar ki, böyük əksəriyyəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdir». Mənbəmiz maraqlı bir açıqlama da verdi: «Vəzifəsindən alınacaqlar sırasında nuüfuzlu simalar yetərincədir. Hətta PA-nın ciddi mənsəb sahibləri də var». Geri qayıt |