Əsas Səhifə > Cəmiyyət, Manşet > 6 AİLƏ GÖMRÜYÜN QARŞISINDA AKSİYA KEÇİRƏCƏK

6 AİLƏ GÖMRÜYÜN QARŞISINDA AKSİYA KEÇİRƏCƏK


21-05-2013, 14:36
6 AİLƏ GÖMRÜYÜN QARŞISINDA AKSİYA KEÇİRƏCƏK
HİKMƏT MƏMMƏDOV CAMAATI BOĞAZA YIĞIB

DİA.AZ: - Redaksiyamıza Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovdan şikayət məktubu daxil olub. Lənkəran sakini Qədimov Ələkbər bildirir ki, uzun müddətdir İrandan Azərbaycana müxtəlif ərzaq məhsulları gətirir və illərdir məşğul olduğu bu bizneslə «Rokfeller» ləqəbli Hikmət Məmmədovun müdaxiləsi səbəbindən son qoymaq zorunda qalacaq.

Şikayətçi DİA.AZ-a yazır: «Mən və mənimlə bərabər 6 ailə bu gün bu biznesdən öz dolanışığını təmin edir. Və 7 ildir ki, bu yolla ailələrimizi saxlayırıq. Amma son aylar Hikmət Məmmədov qanunsuz olaraq müxtəlif bəhanələrlə pul tələb edir. Dəfələrlə onun qəbulunda da olmuşam. O isə günahı başqalarının, ayrı-ayrı qurumların üzərinə atır. Hətta dövlətin ali qurumlarını, hörmətli təşkilatları belə nişan verir ki, guya pullar həmin yerlərə gedir».

Bildirək ki, şikayətçi burada hansı dövlət qurumundan və təşkilatdan söhbətin getdiyini açıqlamır: «Son iki ayda apardığım hesabatdan da görürəm ki, indi İranla qurduğum biznes nəticəsində nəinki 6 ailəni, heç bir ailəni də dolandırmaq olmaz. Doğrudur, son zamanlar İranda da ərzağın qiyməti qalxıb. Amma bu halda belə vəziyyətimiz bu şəkildə pisləşə bilməzdi. Əgər bir ay ərzində gömrük xərclərimə 4-5 min manat pulum çıxırdısa, indii 10-11 min manata yaxın pul xərcləyirəm. Bu da birbaşa olaraq Hikmət Məmmədovun uydurduğu «rüsumların» nəticəsidir».

Vətəndaş bildirir ki, baş verənlərlə bağlı 6 ailə olaraq dövlət gömrük komitəsinin binasaı qarşısında aksiya keçirmək niyyətindədirlər: «6 ailədə 25 nəfərik. 25 nəfər ailə üzvümüzlə, körpələrimizlə bir yerdə dövlət gömrük komitəsinin qarşısında aksiya keçirəcəyik. Qoy, Aydın Əliyev cavab versin ki, nədən öz dolanışığını zar-zor çıxaran sahibkarlardan müxtəlif adlar altında pul yığırlar».

Adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt