Əsas Səhifə > Şou-biznes > NİGAR CAMAL SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDƏCƏK

NİGAR CAMAL SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDƏCƏK


12-12-2011, 12:28
NİGAR CAMAL SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDƏCƏK

"EUROVISION 2011"İN QALİBİ “QAİ”NİN LAYİHƏSİNDƏ

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal yol hərəkətinin təhlükəsizliyinin təbliği ilə bağlı layihələrdə iştirak edəcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Nigar Camal BMT-nin Yol təhlükəsizliyi fəaliyyətinin onilliyi (UN Decade Action for Road Safety), eləcə də Nəqliyyatın Təhlükəsizliyi və Sabitliyi uğrunda Şərq İttifaqına səfir təyin edilib.

Əsədov deyib ki, idarə Nigar Camalla yol hərəkətinin təhlükəsizliyinin təbliği ilə bağlı yeni layihələr həyata keçirəcək. İdarə sözçüsü konkret hansı layihələrin reallaşdırılacağını açıqlamayıb.

Qeyd edək ki, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal bu yaxınlarda həyata keçirilən Make Roads Safe - Yolları Təhlükəsiz Edək humanitar layihəsinə qoşulub.

Nigar Camal Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində təqdim ediləcək yol təhlükəsizliyinə həsr edilmiş videoçarxda çəkilir.

"İki uşaq anası kimi, yollarımızda uşaqların müdafiəsi məqsədilə nəticələri görmək istəyirəm. Yol qəzaları bütün dünyada gənc insanların ölümünün əsas səbəbidir və bu, qəbuledilməzdir. Buna görə də mən BMT-nin onillik fəaliyyətini dəstəkləyirəm. Bizə mənim ölkəm Azərbaycanda və bütün dünyada həyatları xilas etmək üçün fəaliyyətlər lazımdır", - Nigar Camal deyib.


Geri qayıt