Əsas Səhifə > Dünya > ERMƏNİSTAN QAZ AXTARIR

ERMƏNİSTAN QAZ AXTARIR


22-05-2013, 10:53
ERMƏNİSTAN QAZ AXTARIR
RUSİYA VƏ İRANLA DANIŞIQLAR MASASINDA

Ermənistan hökuməti Rusiya və İranla qazın qiymətinə dair danışıqlar aparır.

“APA-Economics”in xəbərinə görə, bunu Ermənistan parlamentində çıxış edən baş nazir Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, hökumət qazı daha ucuz qiymətə almaq istəyir: “İranla və strateji tərəfdaşımız Rusiya ilə danışıqlar aparırıq. Müzakirələr ən yüksək siyasi səviyyələrdə davam etdirilir”.

Baş nazir qeyd edib ki, “Qazprom” şirkəti Ermənistana qazın 1000 kubmetrini 189 dollara təklif edir ki, Rusiyadan tarif tranzitləri də nəzərə alınmaqla bu rəqəm 270 dollara yüksəlir: “Ona görə də tərəflər tranzit haqlarından yayınmaq üçün çıxış yolları axtarır”.

Geri qayıt