Əsas Səhifə > Sosial, Manşet > VAQİF AXUNDOVUN BACISI OĞLUNA İLGİNC DƏSTƏYİ

VAQİF AXUNDOVUN BACISI OĞLUNA İLGİNC DƏSTƏYİ


22-05-2013, 11:46
VAQİF AXUNDOVUN BACISI OĞLUNA İLGİNC DƏSTƏYİ
ÖLKƏNİ «AYAĞA QALDIRMIŞ» ƏSGƏR ÖLÜMÜNÜ KİMLƏR, NECƏ BATIRDI?

DİA.AZ: - Yanvar ayının 8-də Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən mərhum əsgərimiz Ceyhun Qubadovun ölümü ilə bağlı açılan cinayət işi üzrə heç bir hərəkətlənmənin olmayacağı ilkindən bəlli idi. Xatırladaq ki, bu ölüm faktı bütün respublikada böyük ajiotaja nədən olmuşdu, hətta etirazt aksiyası da keçirildi.

İndi isə bui şlə əlaqədar heç bir yenilik müşahidə olunmur. Halbuki Prezident Administrasiyası rəhbərinin köməkçisi Məhərrəm Əliyev də şəxsən bu işi nəzarətə götürəcəyini bəyan etmişdi. Və alınmadı. Səbəbləri isə çox sadədir və DİA.AZ-ın əldə etdiyi son öilgilər də təsdiqləyir ki, əslində bu yöndə hansısa konkret addımın atılmasını əvvəlindən də gözləməyinə dəyməzdi.

Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, açılan cinayətişi ilə əlaqədar cəzalandırılanlar olsa da, Ceyhun Qubadovun əsgərliyə çağrılmamışdan əvvəl ürək çatışmamazlığından əziyyət çəkməsi barədə yayılan xəbərlər istintaq orqanlarının heç cürə «diqqətini cəlb edə bilmədi» ki, bu da səbəbsiz deyildi .

Belə ki, Ceyhun Qudabovu hərbi xidmətə yola salan Abşeron rayon hərbi komissarı Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun bacısı oğlu olması səbəbindən hətta həmin ərəfədə belə qorundu. Yəni kimsə bu məsələnin qabardılmasına səy göstərmədi. Hər halda, Vaqif Axundovun zəhmi yetərli idi. Amma Məhərrəm Əliyev söz vermişdi və indi də görünür ki, keçmiş «qorotdel» rəisi yalnız Ceyhun Qubadovun hərbi rəhbərlərinin cəzalandırılması ilə prosesin yola verilməsinin qarşısını ala bilmir.

DİA.AZ-a bu barədə danışan qaynaq onu da bildirib ki, bu işə görə birbaşa olaraq Vaqif Axundov da müəyyən addımlar atıb: «Təbii ki, general bacısı oğlunu qorumalı idi. Yəni bu mentalitet məsələsidir. Amma bir əsgərin qanının batırılmasının bədəlini bu dünyada da olmasa, o biri dünyada bütün günahkarlar ödəyəcək».

Geri qayıt