Əsas Səhifə > Sosial > KƏMALƏDDİN HEYDƏROVUN İŞİ ARAŞDIRILIR
KƏMALƏDDİN HEYDƏROVUN İŞİ ARAŞDIRILIR24-09-2011, 12:02 |
BU MƏQSƏDLƏ BEYNƏLXALQ KOMİSSİYA YARADILIB Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu Azərbaycan Boks Federasiyasının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medalı satın alması ilə bağlı iddiaların araşdırılması üçün xüsusi komissiya yaradıb. Məlumatı AİBA-nın mətbuat xidməti yayıb. Komissiya beş nəfərdən ibarətdir. Komissiya üzvlərindən biri - AİBA-nın İntizam Komitəsinin üzvü Tom Virgets Bakıya gəlib. Ümumdünya boks seriyasının (WSB) icraçı direktoru İvan Xodabaxş da Azərbaycanla bağlı səslənən iddiaları təkzib edib. Onun sözlərinə görə, Azərbaycanla AİBA arasında sövdələşmə ilə bağlı xəbərlər yalandır: “Mən bəyan edirəm ki, Azərbaycan medal tələb etməyib, WSB isə medal təklif etməyib”. İvan Xodabaxş bəyan edib ki, “WSB America”nın hesabına köçürülən vəsait İsveçrədəki investisiya fonduna məxsusdur. Qeyd edək ki, qalmaqal yaradan məlumatı BBC yayıb. Məlumata görə, Azərbaycan gizli şəkildə WSB-nin hesabına bir neçə milyon dollar köçürüb. Guya, bu, London olimpiadasında iki qızıl medal müqabilində edilib (anspress). Geri qayıt |