Əsas Səhifə > Sosial, Manşet > HACIBALA ABUTALIBOV HÜCUM EDƏCƏK

HACIBALA ABUTALIBOV HÜCUM EDƏCƏK


12-12-2011, 15:11
HACIBALA ABUTALIBOV HÜCUM EDƏCƏK

BAYIL SAKİNLƏRİ ETİRAZ AKSİYALARINA HAZIRLAŞIR

DİA.AZ: - Dövlət Bayrağı Meydanının yaxınlığında Aqil Quliyev küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinlərini məcburi köçürülmə təhlükəsi gözləyir. Bu barədə onlar bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında bildiriblər. Bildirəkm ki, şəhər hakimiyyəti sakinlərə mənzilin 1 kv. metrinə görə 1500 manat təklif edir.

Binanın sakinlərindən biri İnşallah Hüseynov prezident İ.Əliyevin 26 dekabr 2007-ci il tarixli fərmanını xatırladaraq qeyd edib ki, sakinlər dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsini də tələb edirlər.

“Təklif o zaman reallaşacaq ki. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən binamızın həyətyanı torpaq sahəsi, mühəndis qurğuları olan zirzəmisi, eləcə də həmin sahədəki tikililərin ümumi paylı mülkiyyət hüququ ilə bizə, yəni binadakı mənzillərin mülkiyyətçilərinə məxsusluğu qorunsun”, İ.Hüseynov vurğulayıb. Buna görə də İ.Hüseynov ölkə konstitusiyasının, Mənzil və Mülki məcəllələrin, eləcə də daşınmaz əmlakın alınmasına dair Nazirlər Kabinetinin 2009-cu tarixli qərarları əsasında hüquqlarının tanınmasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Sakinlərdən biri Fərhad Quliyev isə bildirib ki, H.Abutalıbov 15 günə güc tətbiq edilərək mənzillərin məcburi olaraq sökülməsinə başlanaçağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, mənzillərin kanalizasiya sisteminin çıxışı torpaqla örtülüb, liftlərin motorları çıxarılıb, əraziyə kran gətirilib və kranın möhkəmləndirilməsi işləri aparılıb.

Sakin Fərhad Quliyev rəsmi qiymətləndirmə olmadan, mənzillərin sahəsi ölçülmədən onlara verilən kompensasiyanın məbləğinin düzgün qoyulmadığını bildirib.

Digər sakin Yusif Tağıyev qeyd edib ki, binanın ən fəal sakinlərinin təxribata çəkiləcəyi barədə məlumatı var. Eyni zamanda o, sakinlərin beynəlxalq təşkilatlara müraciət etdiklərini bildiriblər. “Biz ərazi icra strukturlarından ölkə vətəndaşlarının Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilən mülkiyyət hüquqlarına hörmət etməyi tələb edirik”, -Y.Tağıyev vurğulayıb. Onun sözlərinə görə, məsələ həll olnmayacağı təqdirdə aclıq aksiyasına başlayacaqlar.

Qeyri-rəsmi məlumatlara görə, hakimiyyət “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi üçün konsert kompleksinin tikintisi ilə əlaqədar Bayraq Meydanı ətrafında binaların kütləvi söküntüsünü aparır.


Geri qayıt