Əsas Səhifə > Güney Press, Araşdırma > ELŞAD ABDULLAYEV QARDAŞINI ÖZÜ ÖLDÜRTDÜRÜB?
ELŞAD ABDULLAYEV QARDAŞINI ÖZÜ ÖLDÜRTDÜRÜB?25-05-2013, 09:03 |
MƏHBƏSDƏN ŞOK İTTİHAM GƏLDİ «Təzadlar» istintaq altında olan iş adamı Arzu Kazımovun göndərdiyi və Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasındakı və öldürülməsindəki rolunu təsdiqləyən sensasiya doğuracaq sənədi yaydı… İş adamı, keçmiş ABU rektoru E.Abdullayevin şikayəti əsasında həbs edilmiş Arzu Kazımovun E.Abdullayevin qardaşı Mahir Abdullayevi necə və nəyin üstündə oğurlatdırması və aradan götürməsi və s. barədə sensasiya doğuracaq məktubu (bu sənəd bu gün Yasaimal rayon Məhkəməsində Azad Mürsəliyevin vəkil Ramiz Zeynalova və «Təzadlar» qəzetinə qarşı mülki iddiası üzrə keçirilən məhkəmə prosesində verilmiş sorğu əsasında Bakı İstintaq Təcridxanasından göndərilmişdi) «Təzadlar»a təqdim olunub. Aşağıda həmin sensasiya dolu məktubu təqdim edirik: Arzu Kazımov Bakı İstintaq Təcridxanasından Yasamal rayon Məhkəməsinə yazır: «…Elşad Abdullayev bunu dedikdən sonra mənə sual verdi: «Arzu, biz neçə qardaşıq?». Dedim ki, deyəsən, 6 qardaşsınız. Dedi ki, «Onda özün fikirləş: ya bu alçağı özüm aradan götürməli idim, ya da ki, hamımız ölməli, ABU da əldən getməli idi. Ona görə də mən onu aradan götürdüm». Təxminən o vaxtlar E.Abdullayev mənə dəfələrlə bacısı oğlanları Azad və adı yadımda qalmayan digərlərinin Mahirin aradan götürülməsi ilə bağlı iştirakları ilə əlaqədar vaxaşırı onu şantaj edərək pul tələb etmələri və məcburiyyət qarşısında qalaraq onlara vaxtaşırı pul verməsi barədə məlumat verərək onlar barədə, xüsusən də Azadın … hərəkətləri barədə dəfələrlə mənə məlumat vermiş, onların susdurulması barədə məsləhətləşmələr aparmışdır. Nəhayət, mənim çoxsaylı xahişlərimdən sonra Zahid Dünyamalıyevin göstərişi əsasında mənim ofisimdə E.Abdullayevlə DİN-nin Baş Cinayət Axtarış İdarəsinin adam oğurluğu ilə mübarizə şöbəsinin iki əməkdaşı-şöbənin rəisi Elxan Həsənov və həmin şöbənin baş əməliyyat müvəkkili Arzu Daşdəmirov onda olan yeni məlumatların alınması və əməliyyat vasitəsi ilə yoxlanılması məqsədilə bir neçə dəfə görüşdülər. Sonuncu görüşdə Elşad Abdullayevin verdiyi materialların əməliyyat yolu ilə yoxlanıldığını və həmin məlumatların təsdiqlənmədiyi və yalan olması barədə ona məlumat verdilər. Bundan sonra o, əməliyyatçıları təhqir etdikdə əməliyyatçı Arzu Daşdəmirov ona dedi: «Mahiri özün öldürmüsən, harada basdırdığını da yaxşı bilirsən, bəsdir bizi ələ saldın!». Bu sözlərdən sonra onunla Arzu Daşdəmirov arasında az qala əlbəyaxa dava düşəcəyini görüb bunun qarşısını aldım. Əməliyyatçılar ofisimdən gedəndən sonra E.Abdullayev qardaşı Mahiri aradan götürdüyünü, özü, qardaşları, bacısı oğlanları və ABU-nu xilas etməsi barədə mənə etdiyi etiraflar barədə Zahid Dünyamalıyevə məlumat verilməsində məni suçladı və uzun açıqlamalardan sonra ofisimi tərk etdi. Və beləliklə, bu hadisədən sonra münasibətlərimiz tam korlandı. Həmin gündən sonra onunla nə görüşümüz, nə də telefon əlaqələrimiz oldu. Bu hadisədən təxminən bir neçə ay sonra onunla deputat seçkiləri ilə əlaqədar Binəqədi rayonunda təsadüfi görüşümüz oldu. Təqsirləndirilən şəxs: Arzu Kazımov 15 may 2013-cü il, Bakı İstintaq Təcridxanası Geri qayıt |