Əsas Səhifə > Sosial, Manşet > AĞDAMDA TƏLƏBƏ ÜSYANI BAŞ QALIDRA BİLƏR
AĞDAMDA TƏLƏBƏ ÜSYANI BAŞ QALIDRA BİLƏR25-05-2013, 09:16 |
MİKAYIL CABBAROVA MİSİR MƏRDANOVDAN QALMA KADR PROBLEM YARADIR DİA.AZ: - Ağdamda fəaliyyət göstərən 50 saylı Texniki Peşə Məktəbində tələbələrlə rəhbərlik arasında ciddi narazılıq yaranıb. Bu barədə rayondan DİA.AZ-a verilən məlumatda deyilir ki, tələbələr bir neçə aydır təqaüdlərini ala bilməməklə yanaşı, həm də imtahan müqabilində onlardan pul tələb edildiyini bildirirlər. Mənbənin sözlərinə görə, məktəbin direktoru Aybəniz Cəfərovanın təlimatı əsasında tələbələrdən imtahan üçün pul yığılır. Hər tələbə imtahandan keçmək üçün 50 manatlarından keçməlidirlər. Amma hər bir tələbənin bu imkanı yoxdur. Üstəlik, onlar diplom almaq üçün də alavə pul verməlidirlər. Məlumatlara görə, diploma haqqı olaraq 150-200 manat tələb olunur ki, bu da haqlı narazılığa səbəb olub. Hal-hazırda təhsil sistemində yeniliklərin olmasını düşündükləri halda, Aybəniz Cəfərovanın əlində qalıblar. Onlar qeyd edirlər ki, onlardan istənilən rüşvəti vermək niyyətində deyillər. Amma direktor onların üzərinə müəllimləri göndərərək hədə-qorxu gəlir. Və bildirir ki, əgər pul verilməsə orada oxuyan tələbələr təhsillərini başa vura bilməyəcəklər. Hətta Misi Mərdanovun istefası belə bu adamı Mərdanovdan qalma üsullardan imtinaya vadar edə bilməyib: «Dəfələrlə müəllimlərimizin diqqətinə çatdırmışıq ki, direktoru fikrindən daşındırsın. Əks təqdirdə, Peşə Məktəbinin direktoruna qarşı ayağa qalxmalı olacağıq. Çünki biz rüşvətlə oxumaq niyyətində deyilik və bunu bizdən tələb edənlərə qarşı da barışmaz mövqedəyik». Tələbələr onu da deyirlər ki, hal hazırda Ağdam 50 saylı Texniki Peşə Məktəbində təhsilin səviyyəsi bərbad haldadır. Onların sözlərinə görə, Aybəniz Cəfərovanı maraqlandıran təkcə puldur və ona görə də, müəllimləri ancaq həmin vəsaitləri toplamaq düşündürür. «Aybəniz Cəfərova hər ay bir bəhanə tapıb tələbələrdən pul yığır. Gah bayram şənliyi, gah kimlərisə ziyarət adı ilə. Hər dəfə də müəllimləri üzərimizə göndərir. Biz də bir neçə dəfə xeyriyyəçilikdə iştirak etmək üçün pul yığıb vermişik. Amma sonradan gördük ki, direktor bu pulları özü üçün toplatdırır. Sadəcə, bunu birbaşa elətdirmir ki, şübhə yaranar. Bundan sonra onun heç bir tələbi yerinə yetirilməyəcək». Tələbələr aksiya keçirməyi də planlaşdırırlar. Onlar deyirlər ki, əgər bu şəkildə davam edərsə, Ağdam rayon İcra Hakimiyyətinin qarşısına toplaşacaqlar. Onlar icra başçısından bu biabırçılığa son qoyulmasını istəyəcəklər. Bu da nəticəsiz olarsa, onlar Təhsil Nazirliyinin qarşısında da analoji addımı atmağı düşünürlər. «Əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağı düşünürük. Əgər tələblərimiz yerinə yetirilməsə, məcburiyyət qarşısında qalıb Təhsil Nazirliyinin önünə yığışacağıq. Bundan sonra Aybəniz Cəfərovanın istəkləri ilə oynamaq fikrimiz yoxdur. Bu biabırçılıqdır». Geri qayıt |