Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GORANBOYUN BAŞÇISI NƏDƏN NARAHATDIR?
GORANBOYUN BAŞÇISI NƏDƏN NARAHATDIR?25-05-2013, 09:20 |
NİZAMƏDDİN QULİYEV ÇƏTİN DURUMDA DİA.AZ: - Xəbər verildiyi kimi, Goranboyun icra başçısı Nizaməddin Quliyevin göstərişinə əsasən ölkədə tanınmış iş adamlarından biri həbs olunub. Demokratiya.info xəbər verir ki, Müqayis Verdiyevin həbs edilməsi isə yuxarı dairələrdə ciddi narazılıqla qarşılanıb. Səbəb isə bu olub ki, Verdiyev dəfələrlə dövlət sifarişlərini yerinə yetirib və indiyə qədər də problem yaranmayıb. Bundan başqa, araşdırmalar zamanı bəlli olub ki, Nizaməddin Quliyevin belə bir sərt addım atması oğlunun əməllərinə görə olub. Belə ki, rayondakı bütün tenderlərin qalibi olmuş «Fəqan Xidmət» şirkətinin rəhbəri olan icra başçısının oğlu bu dəfə də külli miqdarda pulu mənimsəyərək, aradan çıxıb. Çətin durumda qalan icra başçısı da vəziyyətdən çıxmaq üçün sahibkarı həbs etdirməli olub. DİA.AZ-a verilən məlumatlarda vurğulanır ki, bütün bu baş verənlərdən sonra Nizaməddin Quliyev çıxılmaz vəziyyətə düşüb. Belə ki, o, nə iş adamını həbsdən buraxdıra bilir, nə də onu içəridə saxlamaq gücündədir. Çünki yuxarı dairələr ondan bununla bağlı izahat tələb edirlər. Xüsusən də oğlunun əməllərinə görə. Geri qayıt |