Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ARİF ALIŞANOV İLHAMƏ QULİYEVADAN ÇƏKİNİR?

ARİF ALIŞANOV İLHAMƏ QULİYEVADAN ÇƏKİNİR?


25-05-2013, 09:26
ARİF ALIŞANOV İLHAMƏ QULİYEVADAN ÇƏKİNİR?
“Mən İlhamə Quliyevanın dediklərinə heç bir şərh vermək istəmirəm. Yəqin ki, yaxın vaxtlarda bizim mətbuat xidməti onun dedikləri ilə bağlı açıqlama verəcək. Mən indi nəsə desəm, düzgün alınmayacaq. Bizim mətbuat xidmətinə müraciət edə bilərsiniz”. Bu sözləri Moderator.az-a açıqlamasında AzTV-nin sədri, deputat Arif Alışanov söyləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiya haqqında açıqlama vermişdi. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirərək, Musiqi Departamentinin rəhbəri Nadir Axundovun orada monopoliya yaratdığını bildirmişdi.
İ. Quliyeva N. Axundovun onun adını televiziyanın solisti siyahısından çıxardığını demişdi: “Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox”.

Geri qayıt