Əsas Səhifə > Dünya > İNGİLİSLƏR YƏHUDİLƏRƏ QARŞI

İNGİLİSLƏR YƏHUDİLƏRƏ QARŞI


25-05-2013, 10:46
İNGİLİSLƏR YƏHUDİLƏRƏ QARŞI
FƏLƏSTİNƏ YƏHUDİ KÖÇÜ PİSLƏNİLİR

Britaniyanın xarici işlər naziri Uilyam Hiq İsrail tərəfindən Fələstin ərazilərində yeni yaşayış massivlərinin salınmasını tənqid edib. SİA-nın xarici mətbauata istinadən verdiyi xəbərə görə, britaniyalı nazir bu barədə “Sky News”ə verdiyi müsahibədə bildirib.

Britaniyanın XİN rəhbəri ölkəsinin İsraillə əlaqələrin müxtəlif sahələrdə və daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Lakin o, Britaniyanın İsrail tərəfindən Fələstin ərazilərində yeni yaşayış massivlərinin salınmasını pislədiyini bildirib.

O, İsrail və Fələstini danışıqların töhfə verdiyi fürsətlərdən istifadə etməyə çağırıb.

Məlumat üçün bildirək kİ, İsrail-Fələstin danışıqları 2010-cu ilin oktyabrında İsrailin işğal edilmiş Fələstin ərazilərində inşaat işləri aparmasından sonra dayandırılıb. Bu arada, ABŞ dövlət katibi Con Kerri də Fələstin-İsrail danışıqlarının bərpası üçün Yaxın Şərqdə səfərdədir.

Geri qayıt