Əsas Səhifə > Hadisə, Manşet > GƏNCƏDƏ ƏMƏLİYYAT HAZIRLANIR

GƏNCƏDƏ ƏMƏLİYYAT HAZIRLANIR


12-12-2011, 15:42
GƏNCƏDƏ ƏMƏLİYYAT HAZIRLANIR

NARKOTİK DOLU MAŞINLAR MƏMULARIN HİMAYƏSİ ALTINDA HƏRƏKƏT EDİR

DİA.AZ: - Son zamanlar fars-molla rejimi ilə azərbaycanın münasibətlərində ciddi problemlər yaşanır. Hətta bəzi analitklər SOS siqnalını da verirlər ki, bu da İranın Azərbaycanı hərbi əməliyyatlarla da təhdid etməsilə bağlıdır. Belə ki, Tehrana aid bəzi hərbçilər bu günlərdə verdikləri açıqlamaları ilə Türkiyədəki Amerika bazaları ilə yanaşı, Azərbaycandan İsrailə neft ötürülməsi səbəbindən Xəzərdəki Azərbaycan neft mədənlərini də bombalaya biləəklərini bildiriblər.

Buna paralel olaraq fars-molla rejiminə aid təbliğat vasitələrində antiAzərbaycan ruhlu təbliğat geniş miqyas alıb. Hətta İranın xüsusi xidmət orqanlarının Azərbaycan torpaqlarını işğal etmiş düşmən Ermənistanla da ciddi əməkdaşlıq müstəvisinə qədəm qoyması barədə məlumatlar yayılıb. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, Azərbaycanda möhkəmlənmiş İrana aid agentura, xəfiyyə şəbəkəsi bu gün Ermənistanın xüsusi xidmət orqanlarına çalışdrılır. Həta Azərbaycandan Ermənistana pullar da ötürülür.

Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən məlumatlardan aydın olur ki, artıq səbr kasası daşan Azərbaycan dövləti İrana aid agenturanın çökərdilməsi üçün xüsusi bir əməliyyat planı hazırlayıb: «Əsas hədəflərdən biri hazırda Gəncə şəhərində fəaliyyətdə olan xəfiyyə torudur. Bu istiqamətdən çox cidi məlumatlar daxil olub və Azərbaycanın müvafiq güc strukturları bu məlumatları təftiş etməkdədirlər. Əldə olunan xəbərlərdə qeyd olunur ki, bu gün Azərbaycanda İrana xidmət edən yüzlərlə sahibkar da fəaliyyətdədir. Onların əksəriyyətinin ilkin maliyyə qaynağı rolunda isə narkoticarətdən əldə olunan gəlirlər təşkil edir».

Mənbəmiz bildirir ki, məhz buna görə də, İrandan qaçaqmal yolu ilə gətirilən və ümumiyyələ, İran xətti ilə Azərbaycandan tranzit yolu kimi istifadə olunaraq Avropaya və Rusiyaya çatdırılan narkotik tranzitləri barədə də çox ciddi informasiyalar əldə olunub: «Maraqlı orasıdır ki, həmin narkotranzitin təşkilində Azərbaycan iqtidarında təmsil olunan bir sıra şəxslərin də iştirakı var. Həmin aşkarlanan faktlara görə, İrandan Azərbaycan ərazisi ilə Rusiyaya doğru hərəkət edən narkotik yüklü maşınların Azərbaycanda saxlanılmaması barədə göstərişin mövcudluğu da araşdırmaya götürülüb. Və bu informasiyanın izi ilə hərəkət olunaraq çox şübhəli hadisələrin izinə düşülüb».

Mənbəmizə görə, əsas əməliyyatların Gəncədə keçirilməsi nəzərdə tutulsa da, paytaxtda da ciddi addımlar atıla bilər: «Hətta bir neçə məmurun qollarının qandallanması da gözlənilir».

Məlumatlarda o da bildirilir ki, İrandan ötürülən çirkli pulların yuyulma ünvanı kimi diqqətə gələn «Bank of Baku» ilə bağlı da müəyyən tədbirlər görüləcək: «Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamlarının da hərəkət trayektoriyaları xüsusi nəzarətə götürülüb».


Geri qayıt