Əsas Səhifə > Partiya > ZƏRDÜŞT ƏLİZADƏ İNDİ DƏ BELƏ DANIŞIR

ZƏRDÜŞT ƏLİZADƏ İNDİ DƏ BELƏ DANIŞIR


25-05-2013, 11:24
ZƏRDÜŞT ƏLİZADƏ İNDİ DƏ BELƏ DANIŞIR
SİYASƏTDƏN GETMƏLİDİRLƏR

“Ənənəvi müxalifət liderləri iddia edir ki, qarşıdakı seçkilərdə onlar hakimiyyətə gələcəklər. Amma onlardan soruşan yoxdur ki, seçkilərə dörd ay zaman qalıb, siz isə nəinki cəmiyyətin dəstəyini əldə etmisiniz, öz aranızda belə razılığa gələ bilmirsiniz”. Bu sözləri Editor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə söyləyib.
Onun sözlərinə görə, situasiya tam şəkildə iqtidarın xeyrinədir və hakim düşərgə qalib durumdadır: “Ölkədə hakimiyyətin dəyişəcəyini, seçkiöncəsi ciddi təlatümlərin yaşanacağını deyən müxalifət liderlərinin özləri də bilirlər ki, onların söylədiklərinin heç bir məntiqi əsası yoxdur. Hakimiyyətə gəlmək və ölkəni idarə etmək iddiası olan siyasətçi indiki reallıqda fors-major hadisəyə ümid edirsə və bu yolla uğur qazanacağını düşünürsə, onu siyasətçi adlandırmaq olmaz. Bu gün Azərbaycan hakimiyyətinin hansısa dövlətlərlə müəyyən narazılıqları ola bilər. Amma bu narazılıqlar heç də iddia edildiyi kimi, xaotik xarakter daşımır və ölkəyə təsiri olan ölkələr birmənalı şəkildə hakimiyyəti müdafiə edirlər. Müxalifət deyə bilməz ki, iqtidar dəyişməyəcək və hamınız bu reallıqla barışın. Bu halda onlar siyasi səhnəni tərk etməlidirlər. Onların iqtidara gələcəkləri ilə bağlı bəyanatları təkcə hakimiyyətə qarşı mübarizə yox, həm də öz mövcudluğunu qorumaq cəhdidir. Əlbəttə, hər bir sənət sahibi üçün bir fəaliyyət sahəsi olduğu kimi, müxalifətçilik də onlar üçün bir peşədir və bu yolla pul qazanırlar”.

Geri qayıt