Əsas Səhifə > Cəmiyyət, Manşet > GÖMRÜK İŞÇİLƏRİ GİZLİ ŞƏKİLDƏ VİDEOYA ÇƏKİLİB

GÖMRÜK İŞÇİLƏRİ GİZLİ ŞƏKİLDƏ VİDEOYA ÇƏKİLİB


25-05-2013, 11:40
GÖMRÜK İŞÇİLƏRİ GİZLİ ŞƏKİLDƏ VİDEOYA ÇƏKİLİB
ASTARA GÖMRÜYÜ İLƏ BAĞLI ŞOK FAKTLAR GƏLİR

DİA.AZ: - Astara gömrük məntəqəsində tüğyan edən qanunsuzluqlar haqda ötən günlərdə yazmışdıq. Ölkəmizin cənub qapılarındakı gömrük məntəqəsində baş verənlər ümumilikdə gömrük sistemində hər gün baş verir. Bu da təsadüfi deyil. Bu qurum Azərbaycanda inhisarın dayağı, korrupsiya piramidasının əsas sütunlarından biridir.

Təbii ki, dövlət gömrük komitəsinə aid əksər idarələr bu gün sərhədi dalayanların bir nömrəli problemi rolunu oynamaqdadır. Lakin bu gün əhalimizin İranla daha çox piayada gediş-gəlişinə üstünlük verməsi sözügedən ölkənin kandarındakı gömrük məntəqələrindən şikayətlərin günbəgün artması ilə müşahidə olunmaqdadır.

Belə bir şikayətlərdən biri dünən redaksiyamıza daxil olub. DİA.AZ-a müraciət edən bir qrup Lənkəran sakini yazır ki, onlar məhz Astara gömrükxanasındakı özbaşınalıqlara görə Bakıya yürüş etməyi planlaşdırıblar. Xatırladaq ki, bir neçə gün əvvəl 6 ailənin etiraz aksiyasına hazırlaşacağını da bildirmişdik.

Şikayətçilərin sözlərinə görə, artıq Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun özbaşımalığı yerli sakinləri tam olaraq çilədən çıxarıb: “Hətta prezidentə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, DHL rəhbəri Aydın Əliyevə də bu barədə yazmışıq”.

Sakinlər bildirir ki, onlar Hikmət Məmmədovun günbəgün rüsumları qaldırmasından və keçid zamanı süni əngəl, növbə yaratmasından şikayət edirlər: “Əlimizdə konkret faktlar var. Hətta Hikmət Məmmədovun işçilərini gizli şəkildə videoya da çəkmişik. Bir neçə günə bütün faktları açıqlayacağıq”.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt