Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTİN SƏFİRLƏ GÖRÜŞÜNƏ REAKSİYA
YAP-DAN MÜXALİFƏTİN SƏFİRLƏ GÖRÜŞÜNƏ REAKSİYA25-05-2013, 11:50 |
“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın istər müxalifət, istərsə də hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə tez-tez keçirdiyi görüşləri bütövlükdə maraqlı hesab edirik”. APA-nın məlumatına görə, bunu YAP-ın sədr müavini - icra katibi, deputat Əli Əhmədov ABŞ səfirinin ötən gün müxalifət liderləri ilə keçirdiyi qapalı görüşünə münasibət bildirərkən deyib. O, YAP rəhbərliyi olaraq ABŞ səfiri ilə müzakirələr apardıqlarını bildirib: “Bu müzakirələrə əsasən güman etmirəm ki, Riçard Morninqstar müxalifət nümayəndələri ilə hansısa siyasi problem ətrafında müəyyən bir proqramla bağlı müzakirə aparmış olsun. Səfirliyin verdiyi məlumatdan belə aydın olur ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb, hesab edirik ki, bu, normal bir şeydir. Əgər bu görüşdə Azərbaycanın daxili işlərinə qarışacaq söhbət olubsa, biz buna qarşı çıxırıq. Amma mən belə bir cəhdin olmasına inanmıram”. Ə. Əhmədov R. Morninqstarın müxalifətlə keçirdiyi qapalı görüşdən sonra YAP rəsmiləri ilə də görüşəcəyini güman etdiyini də bildirib. Geri qayıt |