Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANDA 1993-CÜ İL OLAYLARI YENİDƏN PLANDA

AZƏRBAYCANDA 1993-CÜ İL OLAYLARI YENİDƏN PLANDA


27-05-2013, 09:27
AZƏRBAYCANDA 1993-CÜ İL OLAYLARI YENİDƏN PLANDA
RUSİYANIN İSTƏYİ BUDUR: RƏSMİ BAKININ BU İSTƏYƏ QARŞI NƏ PLANI VAR?

DİA.AZ: - «Qarşıdan gələn prezident seçkiləri ərəfəsiində sürpriz olaylar yaşanıla bilər». Bu ilginc açıqlamanı DİA.AZ-a verən Nazirlər Kabinetindəki etibarlı mənbəmiz maraqlı bir ifadəni də işlədib: «Ola bilsin ki, hakimiyyət adından hətta seçkilər ərəfəsində bütün Azərbaycan xalqına xüsusi müraciət də olunsun. Doğrudur, hələlik belə bir qərar verilməyib. Çünki kütləvi vahimə də yarana bilər. Amma gözləniləndir».

Mənbəmiz bildirir ki, seçkilərdə maraqlarının təminatı naminə Rusiyanın və İranın xüsusi xidmət orqanlarının əlahiddə şəkildə fəallaşmasını hətta ictimaiyyət belə hiss etməkdədir: «Əvvəllər bu kimi proseslər ictimai diqqəti cəlb etməyəcək bir həddə təzahür edərdi. İndi isə vəziyyət və münasibətlər o həddə gərginləşib ki, Kremlin və yaxud da Tehranın təzyiqini hətta bazarda kartof satan vətəndaşımız belə öz üzərində hiss edir».

Mənbəmizin bildirdiyinə görə, gedişat rəsmi Bakının hər iki - həm şimal və həm də cənub qonşumuzla dil tapa bilmədiyini ortaya qoyur: «Ən acınacaqlı olanı isə odur ki, həm Rusiya və həm də İran Azərbaycan daxilində özünə kifayət qədər ciddi dayaq formalaşdıra bilib. Doğrudur, bu dayaqlar daha çox siyasi xarakter daşıyır və kütləvilik baxımından yetərli hesab olunmaya bilər. Amma unutmaq lazım deyil ki, siyasi prosesləri bir ovuc insan həll edir. Necə ki, zamanında Surət Hüseynov heç də bütün ölkə tərəfindən dəstəklənməməsinə baxmayaraq ümumi narazılığın hədəfi olan AXC iqtidarının sütunlarını ciddi şəkildə laxlada bilmişdi, eləcə də bu seçkilər ərəfəsində anoloji proseslərin həyata keçirilməsi düşünülür».

«Doğrudur, bu dəfə vəziyyət meydanlarda həll olunacaq» deyən mənbəmiz bildirir ki, amma «Kremlin növbəti Surət Hüseynovu» kim olacaq sualına cavab verilməyib: «Yəni kimsə önə çıxıb, risqi göz önünə almalıdır. Kim olacaq bu adam? Hələlik məlum olmasa da, Rusiyanın Azərbaycanda 1993-cü ilin olaylarına bənzər bir planı gerçəkləşdirmə niyyətinin olduğu faktdır».

Geri qayıt