Əsas Səhifə > Dünya > AMERİKALI VİTSE-PREZİDENTDƏN BİABIRÇILIQ

AMERİKALI VİTSE-PREZİDENTDƏN BİABIRÇILIQ


12-12-2011, 17:46
AMERİKALI VİTSE-PREZİDENTDƏN BİABIRÇILIQ

BAYDEN BELƏ HESAB EDİR Kİ, BAKI İRAQDA YERLƏŞİR

ABŞ-ın vitse-prezidenti Co Bayden səhvlər buraxır və coğrafiyadan məlumatsızlığını nümayiş etdirir. Bu barədə bazar ertəsi Trend "The Independent" qəzetinə istinadən məlumat verir.

Xüsusən, iraqlıların etibarını qazanmağa cəhd edən Bayden Bağdaddakı çıxışında şəhərin haradasa İraqda yerləşdiyini güman edərək bəyan edib ki, ABŞ Bakıda xəstəxanalar tikdirir.

Baydenin nüfuzuna görə, eləcə də onun çıxışının həddən artıq uzun və yorucu olacağını güman edən ABŞ KİV-ləri onun Yaxın Şərq coğrafiyasını bilmədiyini sezməyiblər.


Geri qayıt