Əsas Səhifə > Sosial, Manşet > SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ…

SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ…


27-05-2013, 17:11
SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ…
AZƏRBAYCAN TÜRKÜ ÜÇÜN 28 MAY TARİXİ NƏDƏN MÜQƏDDƏSDİR?

DİA.AZ: - Sabahkı tarix - yəni 28 MAY ona görə müqəddəsdir ki, bu gün Azərbaycan adlı dövlətin mövcudluğunun tarixi təməli hesab olunur. Yəni bu bir faktdır ki, 1918-ci ildə Azərbaycanın Quzeyində bir parça qalmış torpağımızda millətimizin bir qrup fədakar oğlu meydana çıxaraq müstəqil Azərbaycan Rsepublikasını elan etmələri ilə həm də sovet işğalından sonra Az.SSR-in qurulmasına zəmin yaratmış oldular, həm də indiki Azərbaycanın mövcudiyyətinə nədən oldular.

Ona görə də kimlərin nəyi necə deməsindən və kimlərin nəyi necə təqdim etmələrindən asılı olmayaraq 28 MAY tarixi Azərbaycan üçün əlahiddədir, müqəddəsdir. Bu tarixdə Azərbaycanın üç rəngli müqəddəs bayrağı əbədiyyət qazanıb.

Göy rəngini göylərdən alaraq GÖY ATAnı, yaşıl rəngini yerdən alaraq YER ANAnı, qırmıhı rəngini canlılıqdan, təbiətdən, insan qanından alaraq ÖVLADI - TÜRKÜ xarakterizə edən bu müqəddəs bayrağımız həm də Azərbaycan türkünün TANRIÇILIĞA olan sədaqətinin təzahürüdür.

Sən ucasan, ucasan, Ucalar Sənə layiq
Yüz minlər yola çıxdı, Könlüylə Sənə aşiq!
Hər zaman yüksəkdə ol, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Uğrunda can verdik biz, Canımız halalındır
Yolunda qan tökdük biz, Qanımız halalındır!
O mübarək köksündə, Parlayan hilalımdır
Hər dəfə yüksələndə Verdin nəfəs Bayrağım
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Azadlıq Sənə yoldaş, Azadlıq doğdu səni
Tanrı əsirgəməsin, Başım üstdən kölgəni!
Sənin hər titrəyişin, Candan etdi düşməni
Yaşa, var ol, Səs sal səs, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Geri qayıt