Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİLƏSUVARDA ŞÜBHƏLİ ODUN BİZNESİ
BİLƏSUVARDA ŞÜBHƏLİ ODUN BİZNESİ29-05-2013, 11:03 |
21-ci əsrdə, bu qədər zənginliklər içərsində yaşadağımıza baxmayaraq, hələ də odunun istisi və tüstüsünə möhtacıq. Azərbaycanın təbii etiyatları xarıcə gedib çıxsa da, əksər rayonlarımıza təbii qaz hələ də gəlib çatmayıb. 2013-cü ilin sonunadək ölkənin 95 %-inin qazlaşdırılacağı elan olunsa da, artıq indidən bilinir ki, bu, mümkün olmayacaq. Bu səbədən də yerlərdə əhali qış aylarında canını qızdırmaq üçün yaşıllıqları məhv edir. Nəyə ki təlabat var, onun ətrafında maraq, biznes formalaşır, ortaya dəllallar çıxır. İlk vaxtlar yaşköküstə olan ağacları yanacaq materialı kmi satanlar, bunu gizli edirdi. “Gizli” deyəndə ki, kovxanı (oxu: meşəbəyini, sahə müvəkkilini) görüb, meşəni çapır, amma bunu aləmə car çəkmirdilər. İndi odun biznesini leqallaşdıranlar da var. Bakıdan 165 km kənarda yerləşən Beləsuvar rayonunun bəzi kəndlərində qaz olmadığından, əhali yay-qış əli baltalı, mişarlı əraziyə, eyni zamanda qonşu rayonlardakı meşələrə üz tutur. Təbii ki, sosial obyektlər, ictimai binalar da odun yanacağı ilə qızdırılır. Ortada maddi maraq olduğundan Rayon İcra Hakimiyəti də bu işə girişib, inzibati ərazi nümayəndələrinə tapşirib ki odun etiyaclarını “Babək-Ə" MMC-nin hesabına ödəsinlər, daha başqa yerdən material almasınlar. Cari il Biləsuvar RİH-in inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin soba odunu üçün “Babək-Ə" MMC-yə ödəmələri ilə tanış olaq: Çinarlı-Aranlı- 4427 manat Çaylı- 3399 manat Ağalı- 4160 manat Nəsimi- 4344 manat Səmədabad- 2344 manat Günəşli- 5058 manat Yuxarı-Cürəli- 2595 manat Təzəkənd- 3027 manat Bağbanlar-6305 manat Dərvişli-3351 manat Əliabad- 2164 manat Zəhmədabad- 9400 manat Nərimankənd- 5957 manat Aşağı Cürəli- 6060 manat Yuxarı Ağalı- 2871 manat Ovçubərə- 2624 manat Bəydili- 3576 manat Əsgərabad-3576 manat. Məsələnin maraqlı tərəfi “Babək-Ə" MMC-nin bu qədər odunu haradan əldə etməsidir. Bildiyimiz kimi, ölkə ərazisindəki bütün meşələr dövlətə məxsusdur, onların qorunması, bərpası və genişləndirilməsi, zərərvericilərə qarşı dərman pereperatılarının alınması və istifadəsi, eləcə də ştatlı işçilərin aylıq əmək haqlarının ödənilməsi və s. büdcə vəsaiti hesabına başa gəlir. Eyni zamanda, dövlət idarəetmə orqanları da büdcə hesabına saxlanılır. Meşə fondundakı qurumuş ağacları qırıb, onu yanacaq materialı kimi satmağı elə Meşələrin Mühafizəsi və Bərpası İdarəsi də təşkil edə bilər, lazım gələrsə bundan ötrü ya həmin təşkilat, ya da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquqi şəxs təsis edə bilər. Amma dövlət fondundakı materialın büdcə təşkilatlarına satılmasını hansısa özəl təşkilata həvalə edilməsi təəccüb doğurur. Sovet dönəmində Rusiyadan hər il 1,2-1,5 milyon kub metr odun, 200-250 min ton daş kömürün gətirilməsi, respublikamızın yanacaq təlabatını tam ödəyirdi. Bu materialların idxalının dayanması, öz növbəsində meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olub. Respublikamızın kənd rayonlarının qaz və digər yanacaq növləri ilə təmin olunmasında yaranmış çətinliklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıxarmışdır. Lakn odunacaq məqsədilə daha çox orta yaşlı ağaclar qırılır ki, onlar meşə fondunun 63,3%-ini təşkil edir. Xüsusilə əksər hissəsi yüksək maillikli dağ yamaclarında yerləşən meşələrdə ağacların kütləvi qırılması, həmin sahələrdə eroziya, sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması risqini artırır. Mövzuya qayıdacağıq infom.az Geri qayıt |