Əsas Səhifə > Sosial, Manşet > ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMI BELƏ YEYİR
ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMI BELƏ YEYİR29-05-2013, 11:33 |
NEFT PULLARININ TALANDIĞI DAHA BİR ÜNVAN: DƏMİRİ DƏ HƏZM EDİRLƏR Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi bölgənin ən gəlirli, gözdən uzaq bir müəssəsidir. İdarənin rəhbəri Bulat Ağabəyovun tabeliyində kifayət qədər müxtəlif ağır texnikalar var ki, bunlar da günə muzdla çalışaraq idarə rəhbərliyinin şəxsi büdcəsinə ayda ən azı 20-30 min manat gəlir gətirir. Nəzərə alsaq ki, xeyli vaxtdır bölgədə süni balıq gölü yaratmaq dəb düşüb, əksər rayonlarda olan belə göllər bu idarənin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün texnikaya 7 min manat pul ödənilir. Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərti ilə bu texnikalarların gününü 350-400 manata işlədirlər. Başqa texnikalar da aidiyyəti üzrə istismar edilib, eyni qaydada müdirin cibini doldurur. Əslində bu idarənin funksiyası tam başqadır. İl ərzində bu idarəyə büdcədən bəs qədər vəsait ayrılır ki, idarə üzərinə düşən işləri layiqincə görə bilsin. Təəssüf ki, Meliorasiya və Su Təsərrüfatı ASC və onun rəhbəri Əhməd Əhmədzadə tabeliyində olan qurumların fəaliyətinə elə də ciddi nəzarət etmir. Ötən il Mil-Muğan Kollektoru İstismarı İdarəsi istismar yollarının əsaslı təmirinin smeta sənədlərinin hazırlanması üçün “ESR İnşaat” MMC-yə 4 400 manat, yolda təmir-bərpa işlərinin aparılması üçün “Forvardo-Co” MMC-yə 215 600 manat pul ödəyib. Cari il ehtiyat hissələri və materialları almaq üçün “Salyan Servis” MMC-yə 27 066,3 manat, tikinti materialları üçün “Su-3” MMC-yə 129 277 manat, beton və beton məmulatlarının alınması üçün “Nur” MMC-yə 112 645,7 manat, dəmir və Dəmir məmulatlarının alınması üçün “Azəri TTM” MMC-yə 114 972,3 manat ödəyib. Sonda isə qonşusu Kərimov Valeh Əlihüseyn oğlundan 3 520 manatlıq dəftərxana ləvazimatları alıb ki, bu haqq-hesabı sənədləşdirsin. Bulat Ağabəyovun adı bir çox qalmaqallı işlərdə də hallanıb, amma adam çirkabları elə kollektor hesabına yuyub. Yol isə necə vardısa, elə də qalır, bərpa görüntüsü yaratmaq üçün müəyyən yerlərə xırda-para yamaq vurulmuşdu ki, onu da yağış yuyub aparıb. Məmur iştahası dəmiri də, betonu da əridib buxarlandırıb. Hər kəsə məlumdur ki, bu idarənin nəzarətində olan rayonlarda drenaj kollektorları qrunt suyu ilə doludur. Bu səbəbdən də əkin sahələri sürətlə şorlaşır. Drenaj sularının axrıncı dəfə kollektora nə vaxt vurulmağını xatırlayan yoxdur. infom.az Geri qayıt |