Əsas Səhifə > Partiya > "ADP ÜMİDİN FİLİALINA ÇEVRİLİB"

"ADP ÜMİDİN FİLİALINA ÇEVRİLİB"


29-05-2013, 12:48
"ADP ÜMİDİN FİLİALINA ÇEVRİLİB"
ADP PARÇALANMA ƏRƏFƏSİNDƏ

Hafta.az-a Azərbaycan Demokratik Partiyasında icraçı vəzifə tutan şəxslərdən birinin verdiyi məlumata görə, Ümid Partiyasının quruma təzyiqi Sərdar Cəlaloğlu ilə üzvlər arasında narazılıq yaradıb. Bu gərginlik özünü dünənki Cümhuriyyət yürüşündə göstərib. hafta.az-a danışan partiya funksioneri bildirib ki, bir qrup üzv bu yürüşdə S.Cəlaloğlu ilə birlikdə getməyəcək: “ADP Ümidin bir filialına çevrilib. Qarabağ bloku adı altında İstiqlaliyyət abidəsini ziyarət etməyə getdilər. Biz isə saat 11-də Azadlıq prospekti metrosunun çıxışında toplaşıb, Novxanıya getdik”.
Mənbə təmsil olunduğu ADP-ni “Ümidin solisti” adlandırıb.
Qeyd edək ki, dünən Qarabağ bloku İstiqlaliyyət abidəsini ziyarət edərkən ADP-dən 3-4 nəfər iştirak edib. Partiyanın digər funsionerləri, gəncləri sədrlə deyil, digər müxalifət partiyaları ilə birlikdə Novxanıya Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə gediblər.

Geri qayıt