Əsas Səhifə > Cəmiyyət, Manşet > KTN ŞEFİNİN QƏLƏMİNİ ELƏ QIRIBLAR Kİ...
KTN ŞEFİNİN QƏLƏMİNİ ELƏ QIRIBLAR Kİ...29-05-2013, 13:26 |
HƏTTA RƏSMİ MƏTBUAT DA İSMƏT ABBASOVDAN QAÇIR DİA.AZ: - Məlum olduğu kimi, Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu il mayın 26-31-də keçirilən Beynəlxalq Epizootiya Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Fransanın Paris şəhərində səfərdədir. Onu da bildirək ki, səfəri zamanı nazir həm də 28 May – Respublika Günü ilə bağlı Parisdə tədbirlərə də qatılıb. Belə ki, dünən Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib. Nazirin də qatıldığı tədbirdə ilk olaraq Ə.Topçubaşovun Sən-Klu qəbiristanlığındakı məzarı ziyarət edilib. Daha sonra isə Topçubaşovun yaşadığı binanın üzərinə vurulan lövhənin açılış mərasimi olub. DİA.AZ bildirir ki, əslində bu sıradan tədbirə diqqət ayırmamaq da olardı. Amma maraqlı orasıdır ki, nədənsə rəsmi məlumatlarda və rəsmi mətbuatda İsmət Abbasovun sözügedən tədbirə qatılması barədə bir kəlmə də informasiya verilməyib. Hətta lövhənin açılışında iştirak edən Azərbaycanın Fransadakı səfirliyinin sıradan işçilərinin adları belə AzTV-nin efirindən uzun-uzadı oxunsa da, yalnız görüntüləri göstərilən KTN şefinin adı xatırlanmayıb. Nə baş verir? Bununla bağlı redaksiyamızın apardığı araşdırmalar zamanı ortaya ilginc məqamlar çıxıb. Nazirlər Kabinetindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyadan aydın olur ki, İsmət Abbasova qarşı rəsmi mətbuatın bunca xəsislik nümayiş etdirməsi səbəbsiz deyil. Mənbənin söylədikləri: «Məlumdur ki, batan gəminin göyərtəsi heç bir zaman cəlbedici olmayıb. İsmət Abbasov da bu gün hakimiyyət mətbuatı üçün batan gəmidir». Mənbənin sözlərinə görə, yaxın günlərdə, yəni seçkilərə az bir zaman qalmış İsmət Abbasov vəzifəsindən azad ediləcək. Geri qayıt |