Əsas Səhifə > Cəmiyyət, Manşet > AQİL M QULİYEVİN XAHİŞİNİ HANSI NAZİR EDİB?

AQİL M QULİYEVİN XAHİŞİNİ HANSI NAZİR EDİB?


29-05-2013, 14:46
AQİL M QULİYEVİN XAHİŞİNİ HANSI NAZİR EDİB?
NAZİR REJİSORLA GÖRÜŞMƏK FİKRİNDƏDİR

DİA.AZ: Məlum olduğu kimi, bu gün Bakı Apelyasiya məhkəməsində həbsdə olan tanınmış rejissor Aqil M Quliyevin apelyasiya şikayətinə baxılıb. Hakimlərin qərarı ilə rejissor məhkəmə zalından azadlığa buraxılıb. Onun azadlıqdan məhrumetmə cəzası pul cəriməsi ilə əvəzlənib.

Xatırladaq ki, Aqil M. Quliyev Xətai rayon məhkəməsinin qərarı ilə Marianna Turabovanın şikayəti əsasında azadlıqdan məhrum edilmişdi. 150 min manat məbləğində pulu geri qaytarmaqdan imtina edən rejissora 1 il 6 ay həbs cəzası verilmişdi.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Aqil M. Quliyevin azadlığa çıxması boşundan baş verə hadisə deyil. Mənbənin söylədikləri: “Tanınmış rejissor nazirlərdən birinin tapşırığı ilə azadlığa çıxıb”.

Mənbəmiz onu da bildirdi ki, Aqil M Quliyevin həbsdən azad olunmasında rol oynayan nazir onu hətta yanına da çağırıb və bu gün, yaxud da sabah onların görüşü olacaq.

Geri qayıt