Əsas Səhifə > Sosial, Manşet > FARS MOLLA REJİMİNİN QEYRİ-CİDDİ MAHİYYƏTİ
FARS MOLLA REJİMİNİN QEYRİ-CİDDİ MAHİYYƏTİ30-05-2013, 12:21 |
ƏGƏR BELƏ OLMASAYDI, İRANLA 3 DƏFƏ EYNİ MÜQAVİLƏYƏ İMZA ATMAZDIQ DİA.AZ: - Azərbaycanlı xanım alim Xalidə Xalidin həbsindən bir ay keçsə də, hələ də İran tərəfi nə onun, nə də Xalidə Xalidin sürücüsünün Azərbaycana verilməsinə heç bir təşəbbüs göstərmir. Halbuki hələ bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İrana səfər edərkən rəsmi Tehran Xalidə Xalidin azadlığa buraxılması haqda açıqlama ilə çıxış etmişdi. İndi isə görünəni odur ki, fars-molla rejimi həm də qeyri-ciddi bir dövlət quruluşu imiş. Ən azından rəsmi Tehran öz mövqeyinə hörmətlə yanaşmalı idi. Və əgər iş dövlətin oyuncağa çevrilməsilə nəticələnirsə, burada artıq heç bir ciddiyyətdən danışmaq olmaz. Əslində Azərbaycanda İranın hazırki rejimini çox gözəl tanıyırlar. Əgər belə olmasaydı İranla Azərbaycan arasında bir müqavilə 3 dəfə bağlanmazdı. Bu bir faktdır və bu şok faktı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, mərhum prezident Heydər Əliyevin vaxtında İranla Azərbaycan arasında nə az, nə çox - düz 3 dəfə eyni məzmunda anlaşma imzalanıb. Mənbənin söylədikləri: «Anlaşmanın mətni eyni olub. Tərəflər bir-birilərinə qarşı kəşfiyyat işləri həyata keçirmirlər ıə öz ərazilərindən digər tərəfə qarşı kəşfiyyat işlərinin həyata keçirilməsi üçün 3-cü bir ölkəyə şərait yaratmırlar». Hər halda, bu fakt rəsmi Tehranın mahiyyətinin tam göstəricisidir. Və faktdır ki, İran elə həmin 3 dəfə imzalanmış müqavilənin şərtlərini də 3000 dəfə pozub. Elə bunu İranın xüsusi xidmət orqanlarına işləyən onlarla casusun Bakıda və Azərbaycanın digər bölgələrində yaxalanmaları faktları da təsdiqləyir. Odur ki, bizlər «İran rəsmiləri dedi ki, Xalidə Xalid azadlığa buraxılacaq» sözlərni təkrarlayaraq durmaqdansa, alimimizin geri qaytarılması üçün çaba göstərməliyik. Geri qayıt |