Əsas Səhifə > Partiya > "NARAHATÇILIĞA ƏSAS YOXDUR"...

"NARAHATÇILIĞA ƏSAS YOXDUR"...


30-05-2013, 12:54
"NARAHATÇILIĞA ƏSAS YOXDUR"...
Nəhayət, uzun-uzadı müzakirələrdən sonra qarşıdakı seçkilərdə müxalifətin vahid güc mərkəzini formalaşdıracaq qurum-Milli Şura yarandı. Doğrudur, hələlik bu qurumun tərkibi və hədəfləri barədə çoxsaylı suallar cavabsız qalsa da təşəbbüskarlar tezliklə cəmiyyəti bu istiqamətdə düşündürən bütün suallara cavab tapılacağını bəyan edirlər. Ancaq şübhə doğuran bir məqam Milli Şuranın bu qədər geniş tərkibiylə lazımi anda operativ qərarların necə alınacağı məsələsidir. Çünki Milli Şura yeni yarananda onun tərkibinin 50 nəfərdən ibarət olacağı bildirilirdisə, indi EL hərəkatının lideri Eldar Namazov və AXCP sədri Əli Kərimli qurumda 100-dən artıq nüfuzlu şəxsin toplandığını bildirib.
AXCP sədri Əli Kərimli isə bizim şübhələrimizi bölüşmür və bildirir ki, bütün bu incəliklər də nəzərə alınıb. Moderator.az saytına qısa açıqlamasında AXCP sədri bildirdi ki, narahatçılığa heç bir əsas yoxdur və əmindir ki. Milli Şura qarşısına qoyduğu hədəflərə çata biləcək: “Sizin dediyiniz kimi, lazım gəldikdə operativ qərarların qəbul edilməsi üçün Milli Şura tərəfindən sessiyalararası bir aralıq qurumun formalaşdırılması nəzərdə tutulur və bu qurumun tərkibi məhdud sayda adamlardan təşkil ediləcək, lazımi anda taleyüklü qərarların qəbul edilməsində heç bir problemlər yaranmayacaq.”

Geri qayıt