Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI ƏLİ HƏSƏNOVA QARŞI
İCRA BAŞÇISI ƏLİ HƏSƏNOVA QARŞI13-12-2011, 13:11 |
ELDAR ƏZİZOV PA RƏSMİSİNƏ SUMQAYITDA QADAĞA QOYDU DİA.AZ: - Məlum olduğu kimi hal-hazırda hakimiyyətin media sahəsində əsas adamı kimi tanınan və bu imtiyazları səbəbindən bir mətbu imperatora çevrilən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənova məxsus əməlli-başlı media şəbəkəsi mövcuddur. Bu gün Əli Həsənovu qəzetlərdə, mətbuat yayımı sahəsində, mətbəəçilik sistemində, teleraidos sahəsində və digər istiqamətlərdə görmək mümkündür. Və bu imkanlarına görə, onu media oliqarxı da hesab etmək olar. Onu da bildirək ki, təsadüfi deyil ki, müstəqil və müxalif mətbuata qarşı təzyiqlərin arxasında da əsas olaraq Əli Həsənovun dayandığı məlum olur. Bu günlərdə bu barədə redaksiyamıza açıqlama verən «İpəkçi» və «Şəkinin Səsi» qəzetlərinin redaktoru Aydın Salis də bildirmişdi ki, məhz Əli Həsənovun basqıları nəticəsində onlarla jurnalist hakimiyyətə qarşı radikal mövqeyə keçmək zorunda qalır. Təbii ki, hakimiyyətin verdiyi imkanlar hesabına özünə bir mətbu imperiya quran PA rəsmisi burada əsas olaraq özəl maraqlarından çıxış edir. Ki, nəticədə yaranan problemin hədəfi hakimiyyət olur. Hər halda, hazırda həbsxanada saxlanılan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsində də Əli Həsənovun adı bir günahkar kimi hallandırılmaqdadır. Beləcə, bir media oliqarxı olan PA rəsmisi bu gün mətbuata aid bütün sahələrə nüfuz etməyə çalışır. Onun son həmlələrindən birinin isə mətbuat yayımı sahəsinə olduğu da məlumdur. Belə ki, yenicə olaraq paytaxt küçələrinə düzməyə başladığı «Press Köşk»ləri ilə Əli Həsənov həm də bu istiqamətdə əsas söz sahibi oldduğunu nümayiş etdirir. Bunun da nəticəsində dünənə qədər mövcud olan yayım firmalarının fəaliyyəti məhdudlaşmış olur. Doğrudur, Əli Həsənov bu barədə mətbuata verdiyi açıqlamasında bəyan etmişdi ki, həmin köşlərin ona aidiyyatı yoxdur və bu köşklər Bakı Şəhər İcra Hakimmiyyətinin Ticarət Departamentinə məxsusdur. Lakin sonradan BŞİH-nin sözügedən qurumundan mətbuata dolayı yollarla əsl həqiqəti ehtiva edən bilgilər ötürüldü. Məlum oldu ki, PA rəsmisi əslində iz azdırmağa çalışır və köşklərin ona birbaşa dəxli var. Burada diqqətçəkən bir başqa məqam isə Əli Həsənovun Bakı küçələrinə səpələdiyi yeni bərli-bəzəkli kökşlərdə qəzetlərin ikinci növ mal olduğuna yönələn diqqətlə bağlıdır. Belə ki, adının «Press Köşk» olmsına baxmayaraq, həmin köşklərdən əslində bir mini market kimi istifadə olunur, həta alıcılara spritli içkilər də təklif edilir. Əslində Əli Həsənovun kökşlərlə bağlı yalan danışmasını sübutlayan bir başqa məqam isə «Press Köşk»lərin Bakı ilə yanaşı Sumqayıt küçələrinə yerləşdirilmə niyyəti ilə bağlıdır. Hər halda, möhtərəm PA rəsmisi iddia edə bilməz ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun hökmü hətta Bakı hüdudlarını da aşır və o, öz köşlərini Sumqayıt şəhərinə də yerləşdirmə iqtidarındadır. Bu barədə əldə etdiyimiz məlumatlardan aydın olur ki, artıq Sumqayıt küçələrində yerləşdirilməsi nəzərdə tutulan «Press köşk»lər tam hazırdır. Lakin BİR BALACA problem var. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, həmin köşklərin qoyulmasını Sumqayıtın icra başçısı Eldar Əzizov əngəlləyir. Mənbəmiz «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verdiyi açıqlamasında bildirir ki, əli Həsənovun köşklərinin Sumqayıta yerləşdirilməsinə qarşı olan Eldar Əzizov bildirib ki, həmin köşklər onun istədiyi vaxt Sumqayıt küçələrinə yerləşdirilə bilər, Əli Həsənovun istədiyi vaxt deyil. Bu arada bir başqa qaynaqlar olduqca ilginc bir faktı da açıqladılar. Məlum olur ki, əslində Eldar Əzizov əli Həsənovun kökşlərinə ona görə yer ayırmır ki, o da bu biznesə şərik getmək istəyir və hətta bu niyyətini dolayı yollarla PA rəsmisinin diqqətinə çatdırıb da. Mənbəmiz iddia edir ki, amma Əli Həsənov bu biznesini kiminləsə bölüşmək istəmir və cavab reaksiyasında bildirib ki, yalnız kökşklərin yerləşdirilməsi müqabilində birdəfəlik pul ödənilə bilər: «Təbii ki, həmin pulu Əli Həsənov cibindən ödəməyəcək. Və köşkü kim işlədəcəksə, həmin şəxs də yerli icra strukturlarına pul ödəyəcək». Məlumatlarda o da qeyd olunur ki, hələlik Eldar Əzizov Əli Həsənovun bu təklifinə cavab verməyib: «Ona görə də Sumqayıta «Press Köşk»lərin yerləşdirilməsi yubanır». Bu yubanmanın isə Əli Həsənova baha başa gəldiyi faktdır. Çünki hər gün bir köşkdən PA rəsmisi kifayət qədər qazanc götürə bilərdi… Geri qayıt |