Əsas Səhifə > Sosial, Manşet > QARADAĞIN BAŞÇISI GEDİŞQABAĞI PUL TOPLAYIR
QARADAĞIN BAŞÇISI GEDİŞQABAĞI PUL TOPLAYIR31-05-2013, 11:47 |
BAŞÇIDAN «102» XİDMƏTİNƏ ŞİKAYƏT OLUNSA DA, NƏTİCƏSİ OLMAYIB DİA.AZ: - Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun yerli sahibkarlara divan tutması barədə dəfələrlə məlumat versək də, hələ də hakimiyyətin kriminal çevrələrinin himayəsi altında olan «Çakır» ləqəbli icra başçısı ilə bağlı tədbir görən tapılmır. Elə buna görədir ki, Qaradağın rəhbərliyindən gələn şikayətlərin sayı da durmadan artmaqdadır. DİA.AZ-a müraciət edən bir qrup Qaradağdan olan sahibkar yazır ki, icra başçısının adamları neçə gündür ki, rayondakı obyektlərdən pul toplamaqla məşğuldurlar: «Hamıdan ucdantutma icra başçısının adından pul yığırlar. Səbəbini də demirlər. Bir ara «başçının haqqı» ləğv edilmişdi. İndi yenidən pul yığırlar. Etiraz etməyə imkan da yoxdur. Hətta sahibkarlardan biri «102»yə zəng etsə də, onun şikayətini eşidən olmayıb. Hətta indi onun özünü incidirlər». Sahibkarlar daha sonra yazırlar ki, Süleyman Mikayılovun növbəti pulyığma kampaniyası Qaradağ sakinləri tərəfindən müxtəlif şəkildə izah olunmaqdadır: «Deyirlər ki, başçı gediş aağında olduğundan pul yığır. Biz bilmirik. Amma artıq canımız booğazımıza yığılıb». Onu da bildirək ki, redaksiyamıza daxil olan müraciəti 52 nəfər imzalayıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |