Əsas Səhifə > Cəmiyyət, Manşet > GORANBOYUN ŞEFİ SEÇKİYƏ QƏDƏR SƏBR ETMƏLİDİR

GORANBOYUN ŞEFİ SEÇKİYƏ QƏDƏR SƏBR ETMƏLİDİR


31-05-2013, 13:07
GORANBOYUN ŞEFİ SEÇKİYƏ QƏDƏR SƏBR ETMƏLİDİR
BAŞÇININ ADAMLARI ƏL-AYAQDA

DİA.AZ: - Neçə müddətdir gedəcəyi haqda informasiyalar yayılan Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev böyük təşviş içindədir. DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydıni olur ki, adı kriminala çəkilən iş adamı Qulam Əkbərovun himayəsi altında olan Goranboy şefi mətbuatda barəsində yer alan materialların durdurulması üçün yollar da arayır ki, bu da onun ciddi problemlərlə üz-üzə qalmasını sübutlamaqdadır.

Mənbənin söylədikləri: «Nizaməddin Quliyevin adamları yerli KİV-lərdə rayonla bağlı tənqidi materialların dayandırılması üçün görəvləndiriliblər. Başçı adamlarına tapşırıb ki, seçkilərə qədər bütün mətbuat susdurulmalıdır».

Əslində Nizaməddin Quliyevə «xaç atası» hesab etdiyi Qulam Əkbərovdan belə bir təlimatın gəldiyi də söylənilir: «Yəni ona Qulam Əkbərov tərəfindən bildirilib ki, prezident seçkilərin qədər heç bir «ÇP» buraxmasın, əks halda həm vəzifəsindən ola bilər, həm də özü qarışıq bütün yaxınlarını təhlükəyə atar».

Qeyd edək ki, Nizaməddin Quliyevlə yanaşı, onun oğluna qarşı da konkret ittihamlar var.

Geri qayıt