Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOV «HAFKA»NIN KLUBUNU DA ALIR

ZİYA MƏMMƏDOV «HAFKA»NIN KLUBUNU DA ALIR


31-05-2013, 14:12
ZİYA MƏMMƏDOV «HAFKA»NIN KLUBUNU DA ALIR
«BAKI»NIN RƏHBƏRLİYİNƏ ANAR MƏMMƏDOV GƏLƏ BİLƏR

DİA.AZ: - Bir müddət əvvəl yayılan məlumatlarda deyilirdi ki, 2012/13 mövsümünü uğursuz keçirən “Bakı” yeni mövsüm ərəfəsində ciddi islahatlar edəcək. Redaksiyamıza daxil olan son məlumatlardan aydın olur ki, deyəsən, bu islahatlar komandanın heyəti ilə yanaşı, rəhbərliyinin də dəyişməsinə nədən ola bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaq informasiya verib.

Xəbəri verən mənbə bildirir ki, klubun prezidenti Hafiz Məmmədov «Bakı»nı nəqliyyat naziri Ziya Məmmədova bağışlamaq zorunda qalıb. Xatırladaq ki, az əvvəl də Ziya Məmmədovla Hafiz Məmmədovun münasibətlərində müəyyən gərginliklərin yaşandığı haqda xəbərlər yayılmışdı.

Mənbə iddia edir ki, özünün əlindəki imkanlara görə, daha çox Ziya Məmmədova borclu olan «Hafka» ləqəbli tanınmış iş adamı «Bakı» klubunu NN şefinə güzəştə getmək zorundadır.

Bu zaman orta beləbir sual çıxır: Ziya Məmmədovun «Bakı» klubu nəyinə lazımdır? Bu barədə danışan mənbəmiz bildirir ki, son zamanlar oğlu, «Qarant» Holdinqin (keçmiş «ZQAN» Holdinq) Driektorlar Şurasının sədri Anar Məmmədova kifayət qədər ciddi yatırım edən Ziya Məmmədov «Bakı» klubunu da məhz övladının ictimai arenaya keçidi üçün əldə etmək istəyir: «Ola bilsin ki, gələn mövsümdə «Bakı» klubu yeni rəhbərliyi və yeni sponsorları ilə çempionata qatılsın. Və plan var ki, Anar Məmmədov klubun prezidentliyinə gətirilsin».

Geri qayıt