Əsas Səhifə > Hadisə, Manşet > MƏMURLARIN 100 MİLYON XƏRCİ ÇIXACAQ

MƏMURLARIN 100 MİLYON XƏRCİ ÇIXACAQ


13-12-2011, 15:59
MƏMURLARIN 100 MİLYON XƏRCİ ÇIXACAQ

«AVROVİZİYA» YARIŞMASI HAMININ BAŞINA BƏLA OLUB

DİA.AZ: - Son günlər hakimiyyət içində münasibətlər daha da gərginləşib. Bu barədə redaksiyamızı məlumatlandıran Nazirlər Kabinetindəki qaynaq bildirir ki, «Avroviziya-2012» beynəlxalq mahnı yarışmasının tarixinin günü-gündən yaxınlaşması məmurların gününü qara edib. Belə ki, hakimiyyətin bu müsabiqəyə xüsusi diqqəti səbəbindən az qala ölkənin bütün resursları tədarük üçün səfərbər edilib.

Mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) bildirdiklərindən belə məlum olur ki, hər bir oliqarx-məmura «Avroviziya-2012» yarışmasına tədarük işində xüsusi öhdəliklər tapşırılıb: «Məsələn, Ziya Məmmədov nəqliyyat işinin təşkilinə birbaşa cavabdehdir. Artıq məlumdur ki, bu məqsədlə Bakıya «Shuttule Buss» tipli 50 avtobus gətirilib. Və daha 50 avtobusun gətirilməsi nəzərdə tutulub. Hər bir avtobusa görə isə 35 min avro ödənilib. Bu isə o deməkdir ki, Ziya Məmmədv artıq 3 milyon yarım avro ziyandadır. Çünki avtobusların pulunu nazir şəxsən ödəyib».

Mənbəmiz bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, «Azenerji»nin prezidenti Etibar Pirverdiyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da «Avrovizya» ilə bağlı təmir-tikinti işlərinə məsuldurlar: «Onların hər birinin müvafiq olaraq 2-10 milyon avro arası xərcinin çıxacağı isə heç şübhəsizdir».

Ümumilikdə olaraq, bu yarışma ilə bağlı oliqarx-məmurların 60 milyon manata yaxın xərcinin çıxacağını bildirən mənbəmiz qeyd etdi ki, onlarla yanaşı, iri şirkətlərdən, yerli icra strukturlarından və idarə rəhbərlərindən də 40 milyon manatın toplanması prosesi həyata keçirilir ki, bu da «Avroviziya» tədarükünün məmur-sahibkar ordusuna 100 milyon manata başa gələcəyindən xəbər verir.


Geri qayıt