Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ BİZİM HALIMIZA ACIYIR?
FARS-MOLLA REJİMİ BİZİM HALIMIZA ACIYIR?1-06-2013, 10:57 |
AZƏRBAYCANIN QUZEYİNİ ƏSKİ ADLA ÇAĞIRMAQLA NƏYƏ NAİL OLACAQLAR? DİA.AZ: - Fars-molla rejimi artıq Azərbaycana qarşı təbliğatında bütün arsenalını bitirdiyindən sözü qurtarmış aşıqlar kimi «nanay-nanay» deməyə başlayıb. İndi də dövlətimizi Azərbaycanıni quzey hissəsinin tarixi adı olan «Aran» adı ilə çağırmaqla guya ki, əsəblərimizi yoxlamaq qərarına gəliblər. Amma daha düşünmürlər ki, Azərbaycan adı kimi «Aran» adı da bizə doğmadır. Əgər belə olmasaydı, bölgələrimizdən birini «Mərkəzi Aran» deyə anmazdıq. Əgər Mərkəzi Aran varsa, demək, «Aran» adlanan ərazi də var… DİA.AZ bildirir ki, bu yöndə müxtəlif təbliğat materialları yazan fars mirzələri eyni zamanda Azərbaycanın müstəqilliyinin də guya qeydinə qalırmış kimi davranırlar. Halbuki Azərbaycan adlı dövlətin müstəqilliyini yeganə həzm edə bilməyən qüvvə kimi məhz fars-molla rejimi olması bütün dünyaya ayandır. Hətta açıq düşmən imiz olan Ermənistan belə müstəqil Azərbaycan dövlətinə fars-molla rejimi qədərində qıcıqla, əsəbiliklə yanaşmır. Elə «AranNews» portalında yer alan bu məqalənin son cümlələrindən də məsələnin nə yerdə olduğunu görməmək mümkün deyil: «Ölkə xalqı bir dəfə rus çarlığının asılılığından xilas olaraq iki il müstəqil oldular. Bundan sonra 70 il kommunistlərin hakimiyyəti altına düşdülər. İkinci dəfə 1991-ci il 30 avqustda kommunistlərin hökmranlığından xaric olub bir daha müstəqillik qazandılar. Bu tarixi hadisədən illər ötür və ölkə xalqı sionist rejimindən xilas olacaq üçüncü müstəqilliyin intizarındadır. Sovetlər birliyinin çökməsindən sonra 1991-ci il 30 avqustda Azərbaycan Respublikası müstəqillik qazandı. Amma Azərbaycanın dövlət rəsmilərinin xüsusi hədəfləri əsasında ölkənin müstəqillik və milli günü 1918-ci ilin 28 may günüdür. Həmin gün Azərbaycanın Milli Şurası Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Tiflis şəhərində Həsən bəy Ağayevin katibliyi ilə iclas keçirildi və bu iclasda tarixi Albaniya və Aran məntəqəsində Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Respublikanın adı bir müddət Şeyx Məhəmməd Xiyabani kimi iranlı azərilərin, etirazına səbəb oldu. O gün Azərbaycan Milli Şurası bəyannamə qəbul etməklə şərq ölkələri arasında ilk dəfə olaraq parlament və demokratiya əsasları ilə idarə olunan müstəqil ölkənin yarandığını dünyaya elan etdilər. Azərbaycan dövləti təşkil edildikdə bu bəyannamənin ölkə və dövlətin qurulması üçün konstitusiya və əsas qanun olduğunu bildirdilər. Bu tarixdən sonra Azərbaycan Respublikasının tarixə baxışında yanlış əsas yarandı və bu da təzə yaranmış ölkə ilə İran arasındakı münasibətlərdə gərginlik yaranmasına səbəb oldu». Geri qayıt |