Əsas Səhifə > Sosial, Manşet > NAZİR QARDAŞININ İSTİSMAR ETDİYİ ŞİRVAN RAYONU

NAZİR QARDAŞININ İSTİSMAR ETDİYİ ŞİRVAN RAYONU


1-06-2013, 15:06
NAZİR QARDAŞININ İSTİSMAR ETDİYİ ŞİRVAN RAYONU
OLİQARXLAŞAN MƏRDAN CAMALOV ÖZÜNÜ ŞİRVANIN PADŞAHI HESAB EDİR

DİA.AZ: - Son vaxtlar müxtəlif bölgələrdə İcra başçısı vəzifəsini tutan məmurların özəl bizneslə məşğul olmaları artıq adi hala çevrilib. Vəzfəyə yeni təyinat alan İcra başçısı, dərhal, təhkim olunduğu rayonun problemlərinin həlli yollarını deyil, hər hansı böyük biznes qurmaq üsullarını axtarmağa başlayır. Az bir müddət sonra isə rayonun ən bahalı yerlərində villalar, restoranlar tikilir, torpaqlar satılır, sahibkarlar incidilir. Xüsusən də bu hal uzun illər boyu eyni bir rayona rəhbərlik edən məmurlar üçün daha xarakterikdir. Bu məmurların fəaliyyəti rəhbərlik etdikləri bölgənin sanki tamamilə özəlləşdirildiyi təəssüratını yaradır.

DİA.AZ-a daxil olan məlumatlarda da qeyd olunur ki, bu cür “özəlləşdirilmiş” məkanlardan biri də Şirvan şəhəridir. Artıq uzun illərdir ki, Şirvan Şəhər İcra Hakimiyyətinə ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov rəhbərlik edir. Amma onun bu rəhbərliyi necə həyata keçirməsi barədə müxtəlif mənbələrin təqdim etdikləri məlumatlarda heç də ürək açan sözlərə rast gəlmək olmur: “Əslində Mərdan Camalov Şirvan şəhərinin sanki bir padşahıdır. Şəhəri istədiyi kimi, heç bir yazılı qanuna məhəl qoymadan idarə edir. Hansı sahədəki biznesi deyirsən nəzarətindədir. Səsini çıxaran da elə günə salınır ki, bir də söz deməyi ağlına belə gətirmir. Əslində, şəhərdə vəziyyət heç də ürəkaçan deyil. Mərdan Camalovun başı biznes fəaliyyətinə elə qarışıb ki, insanların necə dolandığı, gənclərin hansı işlərlə məşğul olması onu qətiyyən maraqlandırmır.”

Qeyd edək ki, M.Camalovun Şirvan ŞİH-nə rəhbərlik etdiyi bütün bu müddət ərzində ölkə mətbuatında mütəmadi olaraq onun qeyri-qənaətbəxş fəaliyyətinə dair tənqidi materiallar dərc olunub. Məsələn, hələ bir neçə il əvvəl dərc olunmuş belə materiallardan birində oxuyuruq: “...Şirvanın 152 saylı texniki peşə məktəbinin həyəti Mərdan Camalovun qohumları tərəfindən tamamilə zəbt olunub. Təsəvvür edin ki, məktəbin həyətində hansı növ biznes obyekti istəsən tikilir, avtoyuma, ticarət mərkəzi, restoran və nələr, nələr. Çox araşdırmadan sonra öyrənə bilirsən ki, bu obyektləri Camalovun yaxın qohumları, daha doğrusu, bibisi oğlanları tikdirir. Bir qədər də dərinə gedəndə həmin obyektlərin tikintisində istifadə olunan daşlardan narkotika iyinin gəldiyini hiss edirsən. Çünki o daşları alıb, böyük ticarət mərkəzlərini yapdıran şəxs narkorticarətlə məşğuldur. Əmiş ləqəbli narkotaciri Şirvanda tanımayan yoxdur. Hamı onu narkotika alverçisi kimi tanıyır. Məhz bu obyektlər də Əmişin qardaşının nəzarəti altında tikilir...”

Eyni zamanda Şirvanda gedən proseslər barədə yayımlanan yeni məlumatlar da qətiyyən ürəkaçan deyildir. Mənbələr xəbər verir ki, son günlər Şirvan rayonunda vəziyyət xüsusilə gərginləşib. Məlumata görə, buna səbəb rayonun ən böyük bazarında yerpuluların rəhbərlik tərəfindən 3 dəfə artırılmasıdır. Belə ki, Şirvanın ən böyük bazarlarından olan yeni açılmış “Elit” Ticarət mərkəzində qiymətlər hər kvadrat metr üçün 5 manatdan 15 manata qaldırılıb. Nəzərə almaq lazımdır ki, Mərdan Camalova məxsus olduğu iddia edilən bu bazar yeni açılmasına baxmayaraq, Şirvan camaatının xeyli hissəsinin çalışdığı məkandır və bazarda qiymətlərin birdən-birə 3 dəfə artırılması burada işləyən rayon sakinlərinin hədsiz narazılığına səbəb olub. Onlar bununla bağlı bazar rəhbərliyinə və dolayısı ilə icra başçısı Mərdan Camalova etirazlarını bildirsələr də, buna məhəl qoyan olmayıb. Bazarda ticarətlə məşğul olan şəxslərə bildirilib ki, ya yeni qiymətlə razılaşıb bazarda işləməyə davam edəcəklər, ya da dükanlarını tərk edib gedəcəklər.

Yeri gəlmişkən müəyyən mənbələr bəzi informasiya vasitələrində Mərdan Camalovun vəzifədən alına bləcəyinə dair irəli sürülən ehtimallara da maraqlı şərh verirlər. Bildirilir ki, bu gün Şirvan ŞİH başçısının vəzifədən alınması bəlkə də onun özü üçün daha çox arzulanan hal ola bilər. Səbəb isə budur ki, Mərdan Camalovun artıq bir çox xarici ölkələrdə sahib olduğu biznes şəbəkələri hazırda tutduğu vəzifəni onun üçün maraqsız edir. Qeyd edək ki, bu biznes şəbəkəsinə Dubayda, “Metropoliten Palace” otelinin yanında fəaliyyət göstərən böyük avtosalon, yenə də Dubayda yerləşən mebel mərkəzi, otel və bank da daxildir. Həmçinin məlumatlarda göstərilir ki, M.Camalov tanınmış brilyant alverçisi olan, Bahadur adlı şəxsin də biznesinə şərikdir. Dubaydakı obyektlərin işinə isə Mərdan Camalovun qardaşı uşaqları nəzarət edirlər. Həmçinin bildirilir ki, başçının Dubaydakı bankı əsasən qeyri-qanuni pul köçürmələri üzrə ixtisaslaşıb. Bundan başqa isə mənbələr Mərdan Camalovun İsveçrədə, mebel ticarəti üzrə ixtisaslaşan şirkətə “Cahan Holding”in rəhbəri Vüqar Abbasovla şərikli sahib olduğunu bildirirlər...

Geri qayıt