Əsas Səhifə > Siyasət, Manşet > KƏMALƏDDİN HEYDƏROV BÖYÜK DAVADA

KƏMALƏDDİN HEYDƏROV BÖYÜK DAVADA


24-09-2011, 13:11
KƏMALƏDDİN HEYDƏROV BÖYÜK DAVADA

FHN ŞEFİ PA RƏHBƏRİ İLƏ TOQQUŞUR

DİA.AZ: - Hakimiyyət içində daxili gərginliklər kuliminasiya həddinə çatmaqdadır. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) hökumət içindəki etibarlı mənbələr məlumat veriblər.

Verilən xəbərdə bildirilir ki, söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovla prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında cərəyan edən çəkişmədən gedir.

Mənbənin çatdırdığı məlumatda deyilir: «Kəmaləddin Heydərov son zamanlar çox ciddi addımlar atmaqdadır. Hətta Ramiz Mehdiyevin kurasiyasında olan biznes adamlarını belə hədəfə alıb».

Məlumata görə, FHN şefinin adamları inşaat sektorundakı sahibkarlara çökərək onlardan Kəmaləddin Heydərovun bayrağının altına keçmələrini tələb edirlər: «Buraya inşaat işlərinə aidiyyatı olan hər kəs daxildir. Hətta inşaat materialları satan sahibkarlar da».

Məlumdur ki, tikinti biznesində əsas payçılardan biri məhz Ramiz Mehdiyevdir. Bunu xatırladan mənbəmiz vurğulayır ki, PA rəhbərinin bir neçə adamı da FHN şefinin yaxınları tərəfindən hədələnib: «Məsələ də bundan sonra qəlizləşib. İndi kimin qalib gələcəyi məlum deyil. Çünki söhbət həlledici «razborka» masasına qədər inkişaf edib».

Mənbə yekunda onu da bildirib ki, oliqarx-məmurlar tikinti bazarını bölüşdürməsələr, yəni burada anlaşma əldə edə bilməsələr, o zaman hər iki cinah zərbə altında qala bilər: «Zərbəni vuran tərəf isə prezident olacaq».

Onu da xatırladaq ki, inşaat sektorunun krallarından hesab olunan nəqliyyat naziri Ziya Məmmədov və onun «ZQAN» holdinqi artıq böyük pullardan kənarda tutulmaqdadır. Yəni o, bir növ zərərsizləşdirilib. Hətta qeyri-rəsmi məlumatlara görə, Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliyin inşaat işlərini də Kəmaləddin Heydərova yaxın şirkətlər icra edəcək.


Geri qayıt